Dərc edildi: Baxış sayı: 531
Çavuşoğludan yunanlara mesaj: Bayraq yandırmaq...
Bayraq yandırmaq kimi aciz hərəkətlər sadəcə onlara yaraşar.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ispaniyalı həmkarı Qonzalez Laya ilə birgə keçirdiyi brifinqdə deyib.
“Aya Sofya namazdan sonra ziyarətə açıq olacaq. Yunanıstanı anlamaq mümkün deyil. Bu, Türkiyənin daxili məsələsidir. 1453-cü ildən bəri necə qoruduqsa, yenə qoruyacağıq. Bayraq yandırmaq kimi aciz hərəkətlər sadəcə onlara yaraşar. Onlar özlərinə yaraşanı edirlər. Türkiyənin qəbul etdiyi qərara hər kəs hörmət etməlidir”, - Çavuşoğlu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət