Dərc edildi: Baxış sayı: 642
Çavuşoğlu və Lavrov arasında kritik görüş - Təfərrüat
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Axar.az xəbər verir ki, görüşdə M.Çavuşoğlu İdlib böhranının Rusiya ilə imzalanan S-400 zenit raket kompleks sistemləri ilə bağlı razılaşmaya təsir etməyəcəyini deyib:
“İdlibdəki son vəziyyət Rusiya ilə S-400 razılaşmasına mənfi təsir göstərmir. Suriyadakı fikir ayrılığı Türkiyə-Rusiya əlaqələrinə xələl gətirməməlidir. Türkiyə hər hansı bir ölkədən ötrü yaranmış anlaşılmazlıq üzündən qərarlarını və siyasətini dəyişdirməyəcək. Suriya probleminin iki ölkə arasındakı əməkdaşlığı və əlaqələri pozmasına icazə verilməməlidir, – türkiyəli nazir bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət