Slimfit
  1. DÜNYA

Çavuşoğlu: “Türkiyənin üzvlüyü Avropa İttifaqını gücləndirə bilərdi”

Çavuşoğlu: “Türkiyənin üzvlüyü Avropa İttifaqını gücləndirə bilərdi”
Sakura

Çavuşoğlu: “Türkiyənin üzvlüyü Avropa İttifaqını gücləndirə bilərdi”

“ABŞ-la FETÖ problemi davam edir. ABŞ-ın S-400 zenit-raket kompleksini almamağımız, aldıqdan sonra isə istismara verməməyimiz istiqamətində tələbləri var. Konqresdəki atmosfer ortadadır”.

Ens.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV100-ə müsahibəsində deyib.

Nazir bildirib ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar Türkiyənin ABŞ-a tibbi ləvazimatlar göndərməsindən sonra müsbət vəziyyət yaranıb: “İdlibdə rejimə qarşı apardığımız mübarizədən sonra da vəziyyət dəyişib. Türkiyənin rolunu daha yaxşı anlamağa başlayıblar”.

Türkiyə XİN başçısı qeyd edib ki, sabah ABŞ Dövlət katibi Mayk Pompeo ilə telefon danışığı olacaq: “Dialoqu davam etdirəcəyik. İki tərəfin də eyni şəkildə səmimi olması lazımdır”.

M. Çavuşoğlu Türkiyə - Avropa İttifaqı (Aİ) münasibətlərinə də toxunub. O vurğulayıb ki, Aİ Avropa xalqlarının da ümidlərini doğrulda bilmir.

“Türkiyə Avropa İttifaqının üzvü olsaydı, Aİ bu gün təkcə COVID-19-a qarşı yox, bütün çətinliklərlə mübarizədə daha güclü olardı”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR