Dərc edildi: Baxış sayı: 369
Çavuşoğlu: “Özbəkistanın Türk Şurasına üzv olması tarixi addımdır”
“Özbəkistan türk dünyasında ən vacib ölkələrdən biridir. Dolayısı ilə Özbəkistanın Türk Şurasına üzv olması tarixi addımdır”.
APA-nın xəbərinə görə, bunu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyəli nazir qeyd edib ki, Özbəkistanın bu addımı Türk Şurasını daha da gücləndirəcək.
“Türk milləti olaraq Özbəkistanın bu qərarından çox şadıq”, - deyə M. Çavuşoglu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət