Slimfit
  1. SİYASƏT

Çavuşoğlu: Bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır

Çavuşoğlu: Bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır
Sakura

Çavuşoğlu: Bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır



Bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdə deyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qonaqları səmimi salamlayaraq, ölkələrimiz arasında olan dost-qardaş münasibətlərdən söz açıb. Dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Ziyafət Əsgərov bu sahədə ölkə başçılarının rolunu xüsusi qeyd edib, parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycana göstərilən dəstəyə görə Türkiyə xalqına və hökumətinə təşəkkür edib. Komitə sədri Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərindən bəhs edib, Fransa və digərlərinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilələrinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını bildirib. Komitə sədri aprelin 5-də keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasını vurğulayıb, bu görüşün doğurduğu narahatlıqları diqqətə çatdırıb.

TBMM-in üzü Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərinə toxunub, hüquqi müstəvidə münasibətləri daha da dərinləşdirmək üçün bir sıra mühüm addımların atıldığını, Qarabağ Zəfərinin hər iki dövlətin müttəfiq olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri bəzi ölkələrin Cənubi Qafqazda sülhü əngəlləməyə çalışmasından söz açaraq Azərbaycana qarşı haqsız münasibətin, ikili standartların olduğunu diqqətə çatdırıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın bütün platformalarda bundan sonra da bir-birinin haqqını sonadək müdafiə etməkdə davam edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən deputatlar Siyavuş Novruzov, Kamran Bayramov, Elşən Musayev və Məlahət İbrahimqızı Azərbaycanın NATO, xüsusən də Türkiyə ilə əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR