Cavid Qurbanov: “Qəbələyə dəmir yolu xəttinin çəkilməsi üçün 20 km-lik torpaq yatağı artıq hazırdır”
“Ağdaş rayonundakı Ləki stansiyasından dönməklə Qəbələ rayonuna çəkiləcək dəmir yolu xətti üçün torpaq məsələsi artıq həll edilib, 20 km-lik torpaq yatağı artıq hazırdır”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
“Orada relyef bir qədər çətindir. Biz Zaqataladan və Balakəndən çınqıl daşımaqla yeni yol yatağının hazırlanması ilə məşğuluq. Bir neçə ay oradakı qoruqla bağlı problemimiz olub. Ancaq prezidentin tapşırığı ilə həmin məsələni həll etdik. O, yolun maliyyəsi ayrılıb və tikintisi davam etdirilir. Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq", - deyə o, qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət