Slimfit
  1. İQTİSADİYYAT

Cavid Qurbanov: “Bakı-Sumqayıt dəmir yolu xəttində sıxlıq aradan qaldırılacaq”

Cavid Qurbanov: “Bakı-Sumqayıt dəmir yolu xəttində sıxlıq aradan qaldırılacaq”
Sakura
:0

Cavid Qurbanov: “Bakı-Sumqayıt dəmir yolu xəttində sıxlıq aradan qaldırılacaq”

“Bakı-Sumqayıt dəmir yolu xəttində sərnişin sıxlığı var, bunu mən də müşahidə etmişəm”.

Report” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Həmin yolla təkcə sərnişin daşınmır, həm də yük daşınır. Odur ki, Bakı-Sumqayıt istiqamətində qatarlar səhər saat 11-ə qədər və axşam saat 4-dən sonra hərəkət edir. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridəki çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da, Bakının dəmir yolu xətlərini yalnız sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq.

Amma buna bir qədər vaxt lazımdır. İndiyə qədər Bakı-Abşeron dairəsində 6 qatar işləyirdi. Bu gün 2 yeni qatar gətirilib. Dairəvi yol açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün intensivləşmə olacaq, yeni qatarlar cəlb edəcəyik. Qatarların sayını artırmaqla sıxlığın qarşısını alacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik. Yeni qatarlar 2021-ci ildən gəlməlidir. Amma gələn il İsverçənin "Stadler" şirkəti ilə danışıqlar aparacağıq ki, 1 və yaxud 2 qatarın gətirilməsinə nail olaq. Onlar gələndən sonra sıxlıq aradan qaldırılacaq", - o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR