Slimfit
  1. İDMAN

Cavid Hüseynov: 'Zirə'nin kapitanı olacağımı öncədən demişdilər'

Cavid Hüseynov: 'Zirə'nin kapitanı olacağımı öncədən demişdilər'
Sakura

Cavid Hüseynov: 'Zirə'nin kapitanı olacağımı öncədən demişdilər'

“Matçda iki məhsuldar ötürmə verdim. Bu, özümdən asılı deyil, imkan düşdükcə, ötürmə edirəm”.

Bunu “Report”a açıqlamasında “Zirə”nin yeni transferi Cavid Hüseynov “Sabah”a 3:5 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. Qəsəbə təmsilçisi ilə 2 illik müqavilə bağlayan 31 yaşlı yarımmüdafiəçi dərhal kapitanlıq almasına da aydınlıq gətirib: “Zirə” ilə danışıq aparanda komandanın kapitanı olacağım öncədən deyilmişdi. Bu, mənim üçün elə də önəmli deyil. Amma komandam üçün həm meydanda, həm də ondan kənarda nə lazımdırsa, etməyə çalışacağam. Təkcə sarğını taxıb meydana çıxmaqla iş bitmir. Mən belə şeylə öyünən adam deyiləm. Təcrübəm imkan verdiyi qədər komandaya faydalı olmaq istəyirəm. Yəqin ki, “Qəbələ”də də kapitan olduğumu nəzərə alaraq məni buna layiq biliblər”.

Yeni komandaya uyğunlaşmaq baxımından heç bir probleminin olmadığını söyləyən Hüseynov “Zirə”nin hədəfini də açıqlayıb: “Yeni mövsümə hazırlığımız yaxşı gedir. Bəzən gündə bir, bəzən də iki məşqimiz olur. Fiziki və taktiki hazırlıq üzərində işləyirik. Bir az barmağımda ağrı var. Müayinədən sonra nə olduğu dəqiq bilinəcək. Növbəti mövsüm üçün məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Həm Premyer Liqa, həm də Azərbaycan Kuboku yolu ilə hədəfimizə nail olmağa çalışacağıq”.

Hüseynov Avropa Liqasının II təsnifat mərhələsində “Dinamo” (Tbilisi, Gürcüstan) - “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq sabiq komandası “Qəbələ”nin şanlarını da dəyərləndirib: “Gürcüstan çempionatı ilə maraqlanmadığım üçün “Dinamo”nun vəziyyətini bilmirəm. “Qəbələ”yə gəlincə, çox dəyişiklik olub. Hazırda komandada akademiyanın futbolçuları çoxluq təşkil edir. Potensial olaraq oyunçular var. Ümid, arzu edək ki, nəticə uğurlu olsun. Eşitdiyimə görə, “Dinamo”nun 3-4 legioneri, ispaniyalı futbolçuları var. Mütəmadi şəkildə “Qəbələ” ilə maraqlanıram. Münasibətlərimiz istidir deyə, biganə qala bilmirəm”.

Qeyd edək ki, Cavid Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “Keşlə”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. O, həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR