Slimfit
  1. MARAQLI

Cavan turist sevgilisinin pasportu ilə xaricə uçdu

Cavan turist sevgilisinin pasportu ilə xaricə uçdu
Sakura

Cavan turist sevgilisinin pasportu ilə xaricə uçdu

Böyük Britaniya sakini təsadüfən Almaniyaya sevgilisinin pasportu ilə uçdu.

Maykl Rendall (Michael Randall) tələsik Londondan Berlinə uçuşa hazırlaşırdı. Orada o motoyürüş müsabiqəsində iştirak etmək istəyirdi. Nəticədə 23 yaşlı kişi təsadüfən birlikdə yaşadığı 34 yaşlı Şarlotta Bull-un (Charlotte Bull)  pasportunu götürür.

Bu sənədlə o problemsiz EasyJet loukosterində qeydiyyatdan keçir və Qatvik aeroportunda bütün yoxlanışlardan keçir. Enəndən sonra britaniyalı aşkar edir ki, özü ilə düzgün pasportu götürməyib. O bu barədə alman miqrasiya xidmətinə müraciət edir. Onlar yarım saatlıq yoxlanışdan sonra onu buraxırlar.

Randall Berlinə uçmağa hazırlaşan həmkarı ilə əlaqə saxlayır. Tanışı onun pasportunu gətirir və o evə qayıdır.

Bull bu hadisəni biabırçılıq adlandırır. O deyir ki, EasyJet işçiləri kobud səhvə yol veriblər. Loukosterin nümayəndələri deyib ki, aviaşirkət bu hadisəni araşdırır. Hadisənin nə vaxt baş verdiyi isə məlum deyil.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR