Slimfit
  1. AZƏRBAYCAN

Cavan iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsi davam etdirilir

Cavan iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsi davam etdirilir
Sakura

Cavan iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsi davam etdirilir

 Cavan iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsi davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirilib. 

Məlumata görə, Azərbaycanda epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı “S-19” ştammı ilə peyvəndləmə davam etdirilir. Bu peyvəndləmə iribuynuzlu heyvanlarda göz-damla üsulu ilə aparılmaqla “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin GücləndirilməsiLayihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq subkomponenti” olan bruselyoz xəstəliyi əleyhinə mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.

Sentyabrın 17-dən etibarənDövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin GücləndirilməsiLayihəsi”nin mütəxəssisləri iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını, peyvəndləmənin təlimata uyğun həyata keçirilməsini və keyfiyyətini qiymətləndirmək məqsədi ilə Neftçala, Masallı, Salyan, Qusar, Lənkəran, Saatlı, İmişli, Ucar, Şəmkir və Qazax rayonlarında olublar.

Tədbir çərçivəsində rayonların hər birində 3-8 aylıq yaş qrupuna daxil olan, S-19 ştammı ilə peyvənd edilən, 21 gündən sonra qanında immunitetin gərginliyini müəyyən etmək üçün seroloji müayinə aparılması nəzərdə tutulan 30 baş iribuynuzlu heyvana fərdi qaydada birka (heyvanın qulağına vurulan sırğa) vurulub.

Səfər çərçivəsində peyvəndləmənin həyata keçirilməsində “soyuq zəncir” prinsipinə və təhlükəsizlik qaydalarına əməl olunmasına, xüsusi geyim formalarından və qoruyucu vasitələrdən istifadə edilməsinə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün biotəhlükəsizliktorbalarından istifadə olunmasına və peyvəndləmə aparılan ərazilərin dezinfeksiya edilməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlər zamanı lazım olan avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

Cari ilin ötən 8 ayı ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. 2018-ci ilin ötən 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb.

7

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR