Dərc edildi: Baxış sayı: 489
Cavad Zərif: “Sanksiyalar nəticəsində İran iqtisadiyyatına yüz milyardlarla dollar ziyan dəyib”
ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatına yüz milyardlarla dollar ziyan dəyib.
APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Yeni Delhidə “Raisina dialoqu” beynəlxalq konfransında iştirak edən İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“İran iqtisadiyyatı son iki ildə ciddi itkilərə məruz qalıb ki, burada yüz milyardlarla dollardan söhbət gedir”, - deyə İran XİN başçısı vurğulayıb.
O qeyd edib ki, bununla belə rəsmi Tehran ABŞ-la danışıqların aparılmasında maraqlı deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət