Slimfit
  1. İDMAN

CAS-ın prezidenti karantinə alınacaq

CAS-ın prezidenti karantinə alınacaq
Sakura

CAS-ın prezidenti karantinə alınacaq

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyasının rəhbəri və İdman Arbitraj Məhkəməsinin (CAS) prezidenti Con Kouts koronavirusa görə karantinə alınacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 69 yaşlı funksioner IOC-un İsveçrənin Lozanna şəhərindəki qərargahından Avstraliyaya yollanacaq. Kouts Avstraliya Olimpiya Komitəsinin də prezidentidir.

Qeyd edək ki, daha öncə Avstraliyanın baş naziri Skot Morrison ölkəyə gələn hər kəsin 14 gün müddətinə karantinə alınmasının gərəkliyini bildirib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170 265-ə çatıb. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR