Dərc edildi: Baxış sayı: 2277
Çarter reyslərində kimlərə üstünlük veriləcəyi açıqlandı
“Xaricdə olan vətəndaşlarımızdan çoxsaylı müraciət daxil olur. Onların böyük əksəriyyəti tələbələrdir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Bakı-İstanbul-Bakı reyslərində tələbələrə üstünlük verilir və onlara 30 faiz endirim olur:
“Xaricdə olan və Vətənə qayıtmaq üçün növbə gözləyən vətəndaşlarımıza göstərdikləri anlayışa görə təşəkkür edirik. Dövlət hər bir vətəndaşına qayğı ilə yanaşır və əlindən gələni edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət