Slimfit
  1. İDMAN

Canni De Byazi: "Azərbaycan millisində irəliləyiş görürəm"

Canni De Byazi: "Azərbaycan millisində irəliləyiş görürəm"
Sakura

Canni De Byazi: "Azərbaycan millisində irəliləyiş görürəm"

"Azərbaycan millisi ilə bağlı əlavə nə isə deməyə ehtiyac görmürəm. Çünki açıq şəkildə bildirdim ki, bu ölkənin Albaniya yığmasının üzvləri kimi güclü çempionatlarda oynayan futbolçuları yoxdur. Şübhəsiz, bu, çox böyük önəm daşıyır".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya ilə oyunlardakı çıxışını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis çətin qrupa düşdüklərini bildirib: "Həqiqətən ağır qrupdur. Çünki Portuqaliya və Serbiya ilə oynamaq asan deyil. Digər tərəfdən, bəxtimiz gətirmədi. Portuqaliya ilə görüşdə öz qapımıza qol vurduq. Serbiya ilə matçda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Amma mən komandada irəliləyiş görürəm. Bu, daim inkişafa can atan kollektivdir və gələcəyə inamımız var".

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq görüşü də görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR