Slimfit
  1. MARAQLI

Canan Karataydan Qurban Bayramına özəl məsləhətlər:

Canan Karataydan Qurban Bayramına özəl məsləhətlər:
Sakura

"Qırmızı əti quyruq ilə birlikdə..."

Daxili orqan xəstəlikləri mütəxəssisi və kardioloq Canan Karatay Qurban Bayramının yaxınlaşması münasibəti ilə qırmızı ət sevənlərə məsləhətlər verib.

Publika.az xəbər verir ki, mütəxəssis qırmızı ətin quyruq yağı ilə birlikdə istifadə edilməsini tövsiyə edib.

Canan Karatay bildirib ki, təbii olan hər şey istənilən qədər yeyilə bilər:

“Bayramda paxlava və börək yeməsinlər. Onun yerinə bol-bol quyruq yağı və qırmızı ət yeyilsin. Qırmızı ət yağı ilə birlikdə çox faydalı olur. İstədikləri qədər istifadə edə bilərlər”.

Sevənləri üçün “Tibbin 10 şifrəsi” kitabının imza gününü təşkil edən kardioloq mərasimdə tünd türk qəhvəsi içib. Bu, hər kəsin diqqətini çəkdikdə isə Karatay açıqlama vermək məcburiyyətində qalıb:

“Qəhvə ən güclü antioksidandır. Şəkərsiz olmaq şərtilə içmək olar. Bayramda şəkər yerinə bolluca qəhvə içə bilərsiniz”.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR