Slimfit
  1. TÜRKİYƏ

“Can Dündar ekstradisiya olunmalıdır” - Ərdoğan Merkeldən tələb etdi

“Can Dündar ekstradisiya olunmalıdır” - Ərdoğan Merkeldən tələb etdi
Sakura

“Can Dündar ekstradisiya olunmalıdır” - Ərdoğan Merkeldən tələb etdi

Türkiyədən qaçaraq Almaniyada gizlənən, casusluqda ittiham olunan türkiyəli jurnalist Can Dündar ekstradisiya olunmalıdır.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, Almaniyada 3 günlük rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı Berlin qarşısında bununla bağlı tələb irəli sürüb. 

“Can Dündarın dövlət sirrlərini ifşa edən bir casus olduğunu, 5 il 10 ay həbs cəzasına məhkum edildiyini, yəqin ki, bilirsiniz. Heç bir ölkədə dövlət sirri ifşa edilə bilməz, bu cür əməl özündə cinayət məsuliyyəti ehtiva edir. Biz Almaniya ilə cinayətkarların təhvil verilməsinə dair müqavilə imzalamışıq. Ona görə də, bizim belə bir cinayətkarın ekstradisiyasını istəmək ən təbii haqqımızdır”, – deyə Ərdoğan vurğulayıb. 

Merkel isə bildirib ki, Can Dündar məsələsində Berlinlə Ankaranın mövqeləri fərqlənir. 

Alman mətbuatı yazır ki, təkbətək görüşdən sonra Ərdoğan Merkellə birlikdə mətbuat konfransı keçirməkdən imtina edəcəyilə hədələyib. Belə ki, Türkiyə prezidenti əgər Dündar mətbuat konfransındakı jurnalistlər arasında olacaqsa, Merkellə birgə bəyanat verməyəcəyini deyib. Bundan xəbər tutan Dündar media nümayəndələrinin işinə mane olmamaq üçün mətbuat konfransında iştirakdan könüllü şəkildə imtina edib. 

Qeyd edək ki, Can Dündar Türkiyənin müxalif “Cümhuriyyət” qəzetinin keçmiş redaktorudur. O, Türkiyə xüsusi xidmət orqanlarının Suriyaya silah satdığının iddia olunduğu fotoları dərc etdikdən sonra dövlət sirrini açmaqda ittiham edilib. Cəzadan yayınmaq üçün Almaniyaya qaçıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR