Slimfit
  1. İQTİSADİYYAT

Cahangir Əsgərov: "Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar əlaqələri, turist axınını artıracaq"

Cahangir Əsgərov: "Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar əlaqələri, turist axınını artıracaq"
Sakura

Cahangir Əsgərov: "Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar əlaqələri, turist…

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Batumi şəhərinin meri ilə görüşüb.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

AZAL-dan verilən məlumata görə, Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.

Mer səfər çərçivəsində aprelin 12-də AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.

Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.

Cahangir Əsgərov bildirib ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcək.

Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib. Batumi şəhərinin meri qeyd edib ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR