Slimfit
  1. CƏMİYYƏT

Çağırışçıları xidmətdən yayındıran zabitlərə hökm oxundu

Çağırışçıları xidmətdən yayındıran zabitlərə hökm oxundu
Sakura

Çağırışçıları xidmətdən yayındıran zabitlərə hökm oxundu

Xəzər Rayon Hərbi Komissarlığının çağırışçıları xidmətdən yayındırmaqda ittiham olunan əməkdaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, müttəhimlər - Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı dövründə müttəhimlər özlərini təqsirli bilməyib, bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin baş zabiti S.Rəsulov və idarənin zabiti F.İsmayılov nüfuz alverində təqsirli biliniblər. İttihama görə, onlar hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir edib, çağırışçıların xidmətdən yayınmaları müqabilində ümumilikdə 67 min mana pul alıblar.

Hər iki zabit Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə ittiham elan edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR