1. PSİXOLOGİYA

Çağdaş zamanda rəqəmsal etiketin 7 qaydası

Çağdaş zamanda rəqəmsal etiketin 7 qaydası

Bəziləri rəqəmsal rabitənin bütün xüsusiyyətlərini olduqca sakit qəbul edirlər

Gecənin yarısında, messencerlərdə iş məktubları və mesajlar yazmaq ümumiyyətlə normaldırmı? Və ya şəkillərdə dostları etiketləmək ? Bəs oxuduğunuz mesaja cavab verməmək ? Ümumiyyətlə, rəqəmsal etiket deyilən bir şey varmı? Və əgər varsa hansı qaydalara ciddi riayət edilməlidir və hansılara bəzən etinasız yanaşmaq olar?

Salam, mənim adım Yuliyadır və mən səsli mesajlara nifrət edirəm, ən azından razılığımı almadan, heç bir xəbərdarlıq edilmədən göndərilirsə. Həm də bir və ya iki sözdən ibarət 17 mesajı almağı xoşlamıram, hər dəfə telefon çaldıqda səksənirəm, məndən soruşmadan yeni qruplara, xüsusən işləməyənlər qrupuna əlavə edildikdə gərgin oluram.

Bu, mənim sosial fobiyamla əlaqələndirilə bilər, amma mən tək deyiləm. Səbinə yazır: "Mənasız qruplara zoraki əlavə edilmədən nifrət edirəm". " Hələ tanımadığınız insanlar sizi fotoda işarələyərək faktiki olaraq virtual həyatlarına "mismarlaya" bilərlər ." 

"Çatlara və ya qruplara razılığın olmadan əlavə etdikləri üçün cəhənnəmdə ayrı bir qabda qovrulacaqlar !" - deyə Zarina da razılaşır.

Leonid yazır: "Mən "səsli mesajlara" mənfi münasibət bəsləyirəm . - Yazılı nitq heç olmasa bir şəkildə düşüncələri formalaşdırmağa təşviq edir, şifahi isə yox. Əgər mesaj işlə bağlıdırsa, onda sonradan məlumatı tapa bilməyəcəm. Xüsusilə bir söz tutumlu "səsli" "bəli" "çox gözəldir" . Şəxsən mən özümü narahat hiss edirəm , kompüterdəki musiqini dayandırmalıyam, bəzən hətta əlavə qulaqlıq da taxmalıyam kı, bu "bəli" ni dinləyim.

“Müştərilərin səsli mesajlarını ümumiyyətlə dinləmirəm, yazmaqlarını xahiş edirəm. Düzəlişlər, işlə bağlı şərhlər, iştirak şifrələri, ünvanlar da yalnız yazılı şəkildə: "səsli" də sonra heç bir şey tapmayacaqsınız " deyə Mariya yazır.

Bəzən insanlar emosional deyil, praktik düşüncəni rəhbər tuturlar. “Gecələr yazmamağa çalışıram, baxmayaraq ki, bəzən mənim üçün daha asan olur. Adam mesajı dərhal oxuya bilər, amma cavab vermir və səhər oxunmamış mesaj haqqında bildiriş almayacaq və o, sadəcə səni unudacaq" deyə Leonid izah edir. "Belə hallarla dəfərlə qarşılaşmışam."

Bəziləri, rəqəmsal rabitənin bütün bu xüsusiyyətlərini olduqca sakit qəbul edirlər.

Səbinə deyir: " Mənə 24/7 mesaj yazılmasını normal qəbul edirəm". "Daha çoxunu deyim: Axşam saatlarında bəzi iş mesajları gəlsə, hətta minnətdar olaram . Bu, mənim kimi bu insanın da ümumi işimizə laqeyd yanaşmadığı deməkdir."

"Səsli"yə çox yaxşı münasibətim var, - adaşı bölüşür. - Dinləyə bilmirəmsə, yazıram. Mən özüm də fəal şəkildə istifadə edirəm, xüsusən çox məlumat varsa və yazmaq üçün çox vaxt lazım gəlirsə. "Səsli" çox rahatdır- deyə Arina razılaşır. - Gözlərinizi yormağa ehtiyac yoxdu. Açdın dinlədin, cavabını yazdın. Bu vaxta qənaət edir və gözlərinizi qoruyur. "

Natalya əlavə edir: "İş üçün səslini sevirəm. Sükan arxasında olarkən, dərhal tapşırıqlarınız barədə tez danışa və sual verə bilərsiniz." "Bu daha yaxşı və sürətlidir, nəinki eyni şeyləri mətnlə yazmaq ."

Bəs bu düzgündür? Bu barədə podcast müəllifi Kristina Vazovski ilə danışdım. O, " Səsli üçün bağışlayın" podcastının ilk mövsümü boyunca müasir rəqəmsal etiket qaydalarının nəyə icazə verdiyini, nəyi qadağan etdiyini, nəyi müzakirə etmək və nəyi etməmək olar kimi məsələləri aydınlaşdırmaq üçün sosioloqlar, antropoloqlar və rəqəmsal mütəxəssislərlə ünsiyyət qurub.

1. Səsli mesajlar və zənglər - "qarşılıqlı razılaşma" ilə

Yazışmalarda həmsöhbətin səsli mesajı dinləməyin onun üçün rahat olub olmadığını əvvəlcədən dəqiqləşdirmək, ona hörmət göstərmək deməkdir. Zənglərlə də hekayə eynidir: əgər onlar haqqında səsli və ya səssiz bir razılaşma yoxdursa, əvvəlcə soruşmalısınız. Daha yaxşısı, zəng etmək üçün əvvəlcədən ayrıca vaxt təyin edin (bu, əlbəttə ki, fors-major hallara aid deyil).

"Səsli"nin sayı və müddəti də fərdidir : kiminləsə sizdə ünsiyyətin belə formatı qəbul edilmişdir, kimləsə yox. Ancaq 5 saniyəlik  "səs" göndərməklə yanaşı, 5 dəqiqəlik  "səs" göndərməyə də dəyməz. İş ünsiyyəti haqqında danışırıqsa, düşüncələrinizi yazılı şəkildə tərtib etmək daha yaxşıdır, əks halda "dinləyici" sizin üçün yazmalı olacaqdır.

2. Fotoşəkildə etiketləmək - şəxsin razılığı ilə

Həmişə yaxın olmayan birini şəklə etiketləmədən, habelə hər hansı bir şəxsi (hətta bir dostunuzu) yeni bir qrupa əlavə etmədən və ya kiməsə onun əlaqə nömrəsini verməzdən əvvəl soruşmaq lazımdır. Və ya kimləri isə tanış etmək üçün yeni bir çat yaradan zaman . Ümumiyyətlə, bir şey etməyə gərək olub- olmadığını anlamaq üçün bənzər bir vəziyyətdə sizin özünüzü necə hiss edəcəyinizi təsəvvür etmək faydalıdır.

3. Formal təbriklər mübadilə edilə bilər, lakin tələb olunmur

Əksəriyyətin ad günü təbriki yazışmalarını mübadilə etdiyi çoxlu tanışları var və bu ildən ilə təkrarlanır. Belə bir əlaqəni davam etdirməyə dəyərmi, hər kəs özü üçün qərar verir, amma əlbəttə çox ünsiyyət qurmadığınız şəxsin sizi doğum gününüzdə, yeni ildə və ya 8 martda şəxsidə və ya səhifənizdə təbrik etmədiyi təqdirdə inciməməlisiniz. Həqiqətən də həmsöhbətə diqqət yetirmək, düşünülmüş və hədəflənmiş bir şey arzulamaq istəyirsinizsə özünüzün qarşı tərəfə yazmağınız daha uyğun olar.

4. Messencerlərdə salamlaşmaq hər kəsin şəxsi işidir

Ancaq ümumiyyətlə, bu günün ilk ünsiyyətinizdirsə (və daha da uzun müddətə), salamlaşmaq və bir "salam" la məhdudlaşmamaq daha yaxşıdır - bunun ardınca həmsöhbətlə ünsiyyət qurmaq, təklif və ya soruşmaq istədiyiniz müəyyən bir istək, düşüncə və ya başqa nə isə izlənilməlidir.

Ümumiyyətlə, bir və ya iki sözdən ibarət super-qısa mesaj göndərməməyiniz daha yaxşıdır - bir çoxlarını messencerlərə düşən sonsuz bildirişlər və cingildəyən smartfonlar qıcıqlandırır. 

5. İş saatları xaricində mesajlar: edə bilərsiniz, amma lazım deyil

Hamısı müəyyən bir komandadakı razılaşmadan asılıdır, amma ümumiyyətlə, səhərə qədər gözləmək və ya təxirə salınmış göndərilmə funksiyasından istifadə etmək imkanı varsa (məsələn, Telegramda var), ondan istifadə etmək daha yaxşıdır. Əlbətdə gecə mesajınıza dərhal cavab verilməsini gözləməməlisiniz. Eyni zamanda, gecə telefonun səsini və ya internetini söndürmək hər kəsin şəxsi məsuliyyətidir.

6. İşgüzar yazışmalarda emoji ifadələrinin istifadəsi şirkətin daxili etiketinə bağlıdır

İşgüzar ünsiyyətdə etiket ümumiyyətlə daxili razılaşmalara əsaslanır: bir yerdə emoji və stikerlərdən istifadə etmək qəbul olunub, bəzilərində isə yox . Məsələn, Zoom-da ünsiyyət üçün açıqlanmayan (gizli) qaydalar var: vaxtında əlaqə qurun və gecikmələr barədə xəbərdarlıq edin, qulaqlıq taxın, danışmadığınız zaman mikrofonu söndürün, bir müddət tərk etməli olsanız kameranı söndürün və zəngi yazacağınız təqdirdə mütləq xəbərdarlıq etdiyinizə əmin olun.

7. Başqalarının mesajlarına məhəl qoymamaq ümumiyyətlə nəzakətsizlikdir

Xüsusən göndərən şəxs onun mesajını aldığınızı görürbsə, bu vəziyyətdə daha sonra mütləq cavab verəcəyinizi yazmaq daha yaxşıdır. Lakin yad insanların mesajlarına məhəl qoymamaq yaxşıdır, xüsusən də bu şübhəli təkliflər və ya istənməyən mövzudadırsa.

Ümumiyyətlə, rəqəmsal etiket üçün vahid qaydalar yoxdur, əksinə fərqli insanlarla razılaşmalar toplusu var. Həmişə həmsöhbətin rahatlığı barədə düşünməlisiniz: indi o, mesajınızı dinləyə bilərmi, xüsusilə əgər metronun səs-küylü vaqonundadırsa, ona messencerdən messencerə "atılmaq " rahatdırmı, siz hal- hazırda onun sərhədlərini pozursunuzmu?

Əgər biz başqalarına qarşı daha diqqətli olsaq, onların da bizə qarşı daha diqqətli olma şansı var.

Mənbə: psychologies.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR