Slimfit
  1. MARAQLI

Çağdaş dünyanın köhnə dərdi: modern köləlik

Çağdaş dünyanın köhnə dərdi: modern köləlik
Sakura

Çağdaş dünyanın köhnə dərdi: modern köləlik

Köləlik dünya üzrə yasaqlanmış olsa da, yeni formaları ilə “modern köləlik” bəşəriyyətin ən böyük problemlərindən biri olaraq qalır.

Oxu.Az xəbər verir ki, modern köləliyə, əsasən, az gəlirli və qarşıdurmaların çox olduğu bölgələrdə rast gəlinsə də, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə də var.

Modern köləlik təbiri təhdid, şiddət, zorlama, hiylə, sui-istifadə kimi səbəblərlə insanların istismar edilməsi, ancaq buna qarşı gələ bilmədikləri və şərtləri tərk edə bilmədikləri vəziyyətlər üçün istifadə edilir.

Hazırda mədən işləri, əkinçilik və balıqçılıq kimi işlərdə modern kölələrin işlədildiyinə dair məlumatlar var.

Tailandda balıqçılıq, Şimali Koreyada kömür mədənləri, Fil Dişi sahilində kakao becərilməsi, Braziliyada mal-qara otlaqları ilə yanaşı, Avstraliyada bəzi diplomatların evlərində və İngiltərədə avtoyuma mərkəzlərində modern kölələrlə qarşılaşmaq mümkündür.

Beynəlxalq Əmək Təşkilatı və “Walk Free Foundation”ın (Azad Gəz Fondu) Beynəlxalq Köç Təşkilatı ilə birlikdə hazırladığı “Dünya Köləlik İndeksi 2018” hesabatına görə, dünyada 40 milyondan çox modern kölə var.

Modern köləlik qurbalarının 71 faizini qadınlar və uşaqlar, 29 faizini kişilər təşkil edir. Modern kölələrin 15,4 milyonu zorla evləndirilənlər, 24,9 milyonu isə zorla işlədilənlərdir.

Dünyada hər min nəfərdən beşi modern köləliyin qurbanıdır.

Köləliyə dair əldə edilmiş məlumatlara görə, Afrikada hər min nəfərin 7,6-sı, Şərqi Asiyada 6,1-i, Avropa və Orta Asiyada 3,9-u modern kölədir. Bu bölgələri hər min nəfərdən 3,3-nün modern kölə olduğu Ərəb ölkələri və hər min nəfərdən 1,9-nun kölə olduğu Şimali və Cənubi Amerika izləyir.

Birləşmiş Millətlər Təşkilatı 2 dekabr 1949-cu ildə insan alveri, cinsi istismar, uşaq işçi işlətmə və zorla evləmdirilmə kimi köləliyin çağdaş formalarını yox etmək məqsədilə bir qanun qəbul edib və bu tarix Köləliklə Mübarizə günü kimi qeyd edilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR