Slimfit
  1. MARAQLI

Çadırda ölüm: Kennedinin dövründə baş vermiş hadisə DNK əsasında açıldı

Çadırda ölüm: Kennedinin dövründə baş vermiş hadisə DNK əsasında açıldı
Sakura

Çadırda ölüm: Kennedinin dövründə baş vermiş hadisə DNK əsasında açıldı

ABŞ-da yarım əsrlik qətl hadisəsinin üstünü DNK məlumatları ilə açıblar.

Ens.az Denver Post-a istinadən bildirir ki, Koloradoda yarım əsrdən artıq dünyasını dəyişən bir qızın qatilini müəyyən etməkdən ötrü DNK-dan istifadə edilib. Ancaq qatilin harada olduğu və ümumiyyətlə sağ olub -olmadığı hələ bilinmir.

1963-cü ildə məktəbli qız Marqaret Bek valideynləri və üç bacısı ilə Edjuoterdə yaşayırdı.. Doqquz yaşında olarkən qız Skaut təşkilatına qoşuldu və on altı yaşında düşərgələrin birində məsləhətçi oldu.

Bir səhər qız səhər yeməyinə gəlmədi. Həmkarları onun çadırına baxanda onun ölü olduğunu gördülər. Həmin günlərdə onun çadır qonşusu xəstə idi və nəzarətdə yatırdı, buna görə Bek gecəni tək keçirmişdi və heç kim nə baş verdiyini bilmirdi.

Cəsədin müayinəsi göstərdi ki, qıza təcavüz edilib və o boğularaq öldürülüb. Ancaq polis şahid və ya şübhəli heç kimi tapa bilmədi və iş açılmamış qaldı.

Bekin dırnaqları altında cinayətkarın dəri hissəcikləri qalmışdı. 2007-ci ildə polis cinayətkarın genetik profilini tərtib edə bildi. 2019-cu ildə məlumatlar genişləndirildi. İndi, nəhayət, şəcərə məlumat bazaları ilə işləmək sayəsində polis güman edilən qatilin şəxsiyyətini müəyyən etdi.

Bu, həmin illərdə Edjuoterdə yaşayan Ceyms Raymond Teylor ola bilər. O evli idi və televizor təmiri ilə dolanırdı. Müstəntiqlər onun düşərgə haqqında məlumatlı olduğunu düşünürlər, çünki həmin əraziyə yaxın yerdə özünün həvəskar radiolarını sınayırdı. Cinayət zamanı onun 20 yaşı var idi.

Ancaq polis qatilinin izinə düşməyə müvəffəq ola bilmədi. Onun haqqında son məlumat budur ki, 1976-cı ildə Las-Veqasda yaşayıb.

"Biz Ceyms Teyloru axtarmağa bir neçə ay sərf etdik, lakin nəticəsi olmadı" müstəntiq Elias Alberti deyib "Onun harada olduğunu bilmirik."

Hətta Teylorun yaxınları da onun bərədə heç bir məlumat verə bilmədilər. İndi onun təxminən 80 yaşı olmalıdır və ümumiyyətlə sağ olub-olmadığı məlum deyil.

Məmurlar, bu, şəcərə məlumat bazaları ilə iş nəticəsində həbs qərarı çıxarılan ən qədim cinayət işidir.

Mərhumun bacıları "Peqqi həyatı sevən gözəl bir gənc qız idi" deyirlər. "Ailəsini sevir və müdafıə edirdi və biz onunla bağlı xatirələrimizi əbədi olaraq qoruyacağıq."

Kolorado polisi analoji qaydada 1980-ci illərin bir neçə açılmamış işlərini müəyyən etməyə nail olub, buna görə ümidlərini itirmir və axtarışlarını davam etdirir.

"Heç bir şey bizə Ceyms Teyloru qandallamaqdan daha artıq zövq verməyəcək" Cefferson dairəsinin şerifi Ceff Şrader bildirib "Mərhumun bacıları sağdır və bu onlar üçün çətin anlardır."

Bu cür halların açıması yalnız ədalət məsələsi deyil, deyir. Bu, mərhumun yaxınlarının və dostlarının dərdini yüngülləşdirmək üçün lazımdır.

Şəcərə məlumat bazalarının köməyi ilə tamamilə qeyri-adi halları aşkar etmək mümkün olmuşdur. Belə ki, ABŞ-da DNK məlumatlarından istifadə edən polis 1979-cu ildə tapılmış parçalanmış cəsədin kimə məxsus olduğunu müəyyən etdi - onun 1916-cı ildə həbsxanadan qaçan cinayətkar olduğu ortaya çıxdı. Bu, qeyd olunan şəkildə açılan ən qədim cinayət işi idi.

Cozef Henri Lavles ikinci arvadını öldürmüş, sonra həbsxanadan qaçmışdı. Çox keçmədən onun özü də öldürülmüş və cəsədi bir neçə hissəyə parçalanmışdı, qalıqları isə vulkan mənşəli mağarada gizlədilmişdi.

Onu kimin öldürdüyü məlum deyil. Müstəntiqlər hesab edirlər ki, bu, həbsxanadan qaçdıqdan sonra onu linç etmək istəyən arvadının qohumlarının işi ola bilər.

Bundan əlavə, şəcərə məlumat bazalarının köməyi ilə ən məşhur cinayətkarlardan birini, "qızıl dövlətin qatili" Cozef Ceyms Deanjelonu tutmaq mümkün olub. Ələkeçməz qatilin dəhşəti 1976-dan 1986-cı ilədək Sakramento və San-Fransiskodan Los-Ancelesə qədər olan Kaliforniya sakinlərini qorxu altında saxlamışdı. Həmin vaxt dəqiq yoxlamalar əsasında polislər onun ayağına 12 cinayət, ən az 45 təcavüz və 120-dən çox evin qarət edilməsini yazmışdılar.

 

Mənbə: www.gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR