Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

C vitamini koronavirusa qarşı immunitet sistemini gücləndirmir

C vitamini koronavirusa qarşı immunitet sistemini gücləndirmir
Sakura

C vitamini koronavirusa qarşı immunitet sistemini gücləndirmir

Vitamin C koronavirusu dəf etməyə kömək edəcək bir preparat deyil. İstər sitrus şirəsi litrlərlə içilə, istərsə də  C vitamini əlavələri qəbul oluna, yenə də kömək etməyəcək.

Mütəxəssislərin fikrincə, C vitamini əlavələri əksər insanlarda ümumi soyuqdəymənin qarşısını almır. Onun COVID-19-dan qoruya biləcəyinə dair hələ ki, bir dəlil yoxdur. Askorbin turşusu olaraq bilinən C vitamini, iki dəfə Nobel mükafatı laureatı Linus Paulinq bu maddənin ehtimal olunan faydaları haqqında danışdıqdan sonra reklam edildi.

Paulinq, çoxlu C vitamini dozası qəbul olunmasının yalnız soyuqdəymənin qarşısını almadığını, həm də xərçəng və ürək çatışmazlığı kimi daha ciddi xəstəliklərin qarşısını almaqda köməkçi olduğunu söyləmişdi.

Bir neçə on illik vaxt keçsə də, onun cəsarətli açıqlamaları təsdiqini tapmayıb. Hərçənd bu qədər qəti şəkildə bildirmək də düz olmaz.

Son tədqiqatlar göstərir ki, C vitamini əlavələri soyuqdəymə müddətini azaldır. Yetkin adamlarda xəstəliyin müddətini 8%, uşaqlarda isə 14% azalda bilər. Təcrübədə bu, C vitamini ilə əlavənin soyuqdəymə müddətini təxminən bir gün azalda bilməsi deməkdir.

Bu zaman gündəlik doza ən az 200 mq qəbul olunur. Təcrübə göstərdi ki, güclü fiziki fəaliyyət göstərən insanlar, C vitamini istehlak etdikdən sonra bu cür əlavələri qəbul etməyənlərə nisbətən iki dəfə az soyuqlayırdılar. Ancaq C vitamini əlavələrinin COVID-19'nın qarşısını almağa kömək edə biləcəyinə dair bir sübut yoxdur. Əlavələr soyuqdəymənin qarşısını ala bilmirsə də, C vitamini sağlamlıq üçün vacibdir. Bədən özü C vitamini istehsal edə bilməz.

Bunun ən yaxşı yolu rasionunuza daha çox təzə meyvə və tərəvəz daxil etməkdir. Tövsiyə olunan doza yaşa, cinsiyyətə, hamiləliyə, ana südü ilə bağlı olaraq dəyişir . Bir qayda olaraq, yetkin kişilərə gündə ən az 90 mq, yetkin qadınlara isə ən az 75 mq qəbul etmək tövsiyə olunur.

Siqaret çəkənlər tövsiyə olunan dozaya 35 mq əlavə etməlidirlər. C vitamininə nə qədər çox olsa, bir o qədər yaxşıdır prinsipi ilə yanaşmaq doğru deyil. Gündəlik 200 mq səviyyəsindən yüksək C vitamini dozası bir çox insanda ürəkbulanma, ishal və qarın ağrısına səbəb ola bilər.

Bundan əlavə, böyrək daşları və oksalat adlanan bir kimyəvi maddə olan kişilər çox miqdarda C vitamini qəbul etməməlidir. Çünki o, bu növ daşların meydana gəlməsini sürətləndirə bilər.

Mənbə: hotgeo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR