Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

C vitamini çatışmazlığı bu xəstəliklərə yol açır

C vitamini çatışmazlığı bu xəstəliklərə yol açır
Sakura

C vitamini çatışmazlığı bu xəstəliklərə yol açır

Dəyişkən və soyuq hava bir çox xəstəliklərin üzə çıxmasına təsir edir. Bu müddətdə vücudun xəstəliklərə qarşı mübarizə aparması üçün C vitamini çox vacibdir. Bəs, bədənin ifraz etmədiyi C vitamini hansı qidalardan almaq laızmdır?

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Sedat Işık C vitaminin əhəmiyyətini izah edib.

O bildirib ki, C vitamini suda həll olunan vitaminlərdən biridir, bədəndə sintez olunması və ya saxlanılması mümkün deyil. Odur ki, yalnız gündəlik qəbul edilən qidalar yolu ilə orqanizmin ehtiyacı qarşılana bilər. Bu vitamin olmadıqda skorbit xəstəliyi yaranır. Bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur.

C vitamini bədənimizə daxil olduğu andan immun sisteminə necə təsir edir?

  • Payızdan başlayaraq soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı profilaktik təsir göstərir.
  • Üst tənəffüs yolları xəstəliklərinin simptomlarını azaltmağa kömək edir.
  • Müalicə müddətində şəkər xəstələrinə lazımi müqavimət göstərməyə kömək edir.
  • İmmun sistemini gücləndirdiyi üçün bir çox xəstəliklərə, xüsusilə xərçəngə qarşı müdaifə rolunu oynayır.
  • Yüksək qan təzyiqinin aşağı düşməsini təmin edərək insult riskini azaldır.
  • Dərinin səthindəki hüceyrələri yeniləyir, yaraların və ya buna bənzər halların sağalmasına kömək edir.
  • Sinir sistemindəki hüceyrələri tarazlıqda saxlayır və bununla da insanın ruhi xəstəliklərə tutulma sürətini azaldır.
  • Gec sağalmış yaralar C vitamini çatışmazlığını göstərir.
  • C vitamini çatışmazlığı varsa, dəri özünü yenilənə bilməz və göyərmə meydana gəlir.
  • Ağız, dodaq, burun içində və yanaqlarda yaralar görülür.
  • Sinir hüceyrələrinin ehtiyac duyduğu turşunun miqdarının azaldılması sinirlərin zədələnməsinə səbəb olur və bu vəziyyət beyin inkişafına mənfi təsir edir.
  • Sümüklərdə və əzələlərdə şiddətli ağrı hiss edilir.
  • Yaralar gec sağalır və keçməyən sızanaq ləkələrə səbəb olur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR