Dərc edildi: Baxış sayı: 408
Buzovna qəsəbəsində yerüstü piyada keçidi tikiləcək
Bakının Mərdəkan - Buzovna - Bilgəh magistral avtomobil yolunun Buzovna qəsəbəsindən keçən hissəsində yerüstü piyada keçidi tikiləcək.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: "Layihənin təsdiq edilməsini gözləyirik. Tikinti işləri, təqribən, 5-6 ay davam edəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət