Slimfit
  1. DÜNYA

Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları

Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları
Sakura

Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları

 

Arktikada buzlaqların sürətlə əriməsi dünyanın gələcəyi üçün böyük təhlükə yaradır.

Oxu.Az xəbər verir ki, Svaalbard və Qrenlandiya adalarını bir-birindən ayıran Fram boğazı buzlaqların “öldüyü” yerlərdən biridir.

Qlobal iqlim dəyişikliyi Arktikada buzlaqları normadan iki dəfə artıq isidir ki, bu da kütləvi şəkildə əriməyə gətirib çıxarır. Bu isə buzlaqların altında bir çox xoşagəlməz proses yaradır.

Elm adamları buzun altındakı proseslərin hansı təhlükələr yaradacağını dəqiq bilmək üçün daha çox məlumat əldə etmək istəyirlər. Fram Boğazı Arktika Rəsədxanasının məlumatlarına görə, 1990-cı ildən bu yana dəniz buzlarının qalınlığı üç metrdən iki metrə qədər azalıb.

Şimali Karolina Vilminqton Universitetinin fiziki Till Vaqner deyir ki, Arktikanın bütün yerlərində buzlaqlar incəlib. Alimlərin qənaətinə görə, buzlaqlara daxil olan isti sular Qolfstrim isti cərəyanı vasitəsilə gəlir. Elm dünyası qeyd edir ki, bu hal Arktika, Cənubi Kanada və Mərkəzi Amerikada temperaturu yüksəldəcək, Avropanın şimal-qərb hissəsində isə əksinə, havalar soyuyacaq.

“Bu isti sular Arktikaya daxil olduğu zaman buzlaqların altına düşür. Buzun altındakı təbəqə isə səthə yaxınlaşaraq buzları altdan əridir”, - deyə T.Vaqner bildirir.

Dərin qatlardakı buzlaqların tərkibi alimlərin əsas tədqiqat obyektlərindən biridir. Bioloji okeanoqraf Mattias Keyp bildirir ki, buz parçasının içərisində mikroskopik meşə mövcuddur.

“Bura mikroskopik orqanizmlərin evidir”, - deyə M.Keyp əlavə edir.

Alim deyir ki, bu orqanizmlər atmosferdən karbon-dioksidi özlərinə çəkərək, qlobal iqlim dəyişikliyinin azaldılmasında mühüm rol oynayır:

“Bu, fotosintezdir, onlar oksigen ixrac edirlər. Bu, bizim aldığımız oksigendir”.

Buzlaqlar təkcə Arktikada yox, Antarktikada da sürətlə ərimə təhlükəsi ilə üz-üzədir.

Tədqiqatçılar Antarktikada buzlaqların sürətlə əriyəcəyini bəyan edirlər. Qənaətə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qala bilər. Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədə Antarktidada buz itkisi beş dəfə artıb.

Məlumatlara görə, dənizin dibindəki torpaq xətti geri çəkilir, bu isə qeyri-sabitliyin, buzların əriməsinin gözləniləndən çox olacağını deməyə əsas verir. Corciya Texnologiya İnstitutunun dosenti Aleks Robel hesab edir ki, temperaturun yüksəlməsinin qarşısı alınsa belə, yaxın 150 ildə buzlaqlar məhv olacaq.

NASA-nın alimi Helen Seroussinin fikrincə, yaxın 200-600 ildə bu hadisə baş verə bilər:

“Bu isə buz altındakı topoqrafiyadan asılıdır. Biz bu barədə ətraflı məlumata malik deyilik”.

Aparılan yeni araşdırmalara görə, hətta gələcək üçün nəzərdə tutulmuş orta temperaturun 2 selsiyə kimi qalxması belə dəhşətli fəsadlarla nəticələnəcək.

Stokholm Davamlılıq Mərkəzinin professoru Uil Steffen Yerin dağıdıcı iqlim dəyişikliyinə nəzarət etməyin mümkün olmadığı bir kritik nöqtəyə çatdığını söyləyib.

Mütəxəssislərin fikrincə, bu, Arktikada buzlaqların azalması və Amazon meşələrinin qırılması kimi “domino effekti” yarada bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR