Slimfit
  1. CƏMİYYƏT

“Bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş həkimi özü seçər”

“Bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş həkimi özü seçər”
Sakura

“Bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş həkimi özü seçər”

Xəbər verdiyimiz kimi, 2020-ci ildən etibarən ölkədə İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. “Qafqazinfo” xəbər verir ki, sığortanın tətbiqi ilə yanaşı, əhalini maraqlandıran bir sıra suallar hələ də açıq olaraq qalıb. Bu istiqamətdə əsas məsələlərdən biri İTS-nın tətbiqindən sonra ölkədə dərmanların pulsuz olub olmaması ilə bağlıdır. 

Rəsmi qurum olan İcbari Tibbi Sığorta Agentliyi bu barədə sualımıza cavab olaraq bildirib ki, Agentlik ölkədə icbari tibbi sığortanın tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentliyin verdiyi cavabdan hələ də bu məsələnin necə həllini tapacağı aydın deyil. Misal olaraq qonşu Türkiyəni göstərə bilərik ki, burada dərmanların əhali üçün pulsuz olması sığortanın tərkibinə aiddir. 

“Qafqazinfo” Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudovdan da məsələ ilə bağlı fikrini öyrənib. R. Mahmudov bildirib ki, dərmanların pulsuz olmasının prosesinin praktikada gedişatının necə olması barədə məsələyə İcbari Tibbi Sığorta Agentliyi və Səhiyyə Nazirliyi cavab verməlidir: “Mənə hazırda məlum olan odur ki, pasiyentin xəstəxanada qaldığı müddətdə aparılan müalicələr sığortanın tərkibinə daxildir. Bu ölkədə həm vətəndaşın məmnunluğunu saxlamaq, həm də həkimin öz işini rahat şəkildə  görməsiylə yanaşı, həm də səhiyyənin inkişafına böyük bir təkan verəcək”.

R. Mahmudov həmçinin vətəndaşların İTS-də özəl xəstəxanalara müraciət etməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, İcbari Tibbi Sığortanın 2020-ci ildən bütün ölkə üzrə tətbiqi hər bir vətəndaşın ən böyük arzusu və gözləntisidir: “Ölkə rəhbərliyi başda olmaqla, hamı bunun nəticəsini maraqla gözləyir. Mən düşünürəm ki, bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş həkim və xəstəxana seçmək hüququ əldə edər. Bu həm də  xəstəxanalar arasında sağlam rəqabətin inkişafına çox böyük təsir göstərər. Avropa ölkələrində  və Türkiyədə İcbari Tibbi Sığortanın lokomotiv rolunu hər zaman  dövlət yox, özəl xəstəxanalar təşkil ediblər. Çünki özəl xəstəxanalar eyni rəqəmə daha yüksək tibbi xidmət verərək dövlət xəstəxanaların da rəqabətdə müsbət istiqamətdə dəyişməsində rol oynayıblar. Bu birtərəfli qalarsa, müəyyən zamandan sonra xidmətdə keyfiyyətin azalmasına gətirib çıxara bilər.  Azərbaycanda pilot layihələrin keçirildiyi rayonlarda da xəstələrin müraciətinə əsasən onlar Bakıda və Gəncədə özəl xəstəxanalara yönləndirilirdi. 

Ümumiyyətlə, İcbari Tibbi Sığorta sisteminə keçid hər bir ölkə üçün ağrılı bir prosesdir. Əsas odur ki, hər il nə qədər çox uğur qazana bilsək,  gələcək  illərdə daha mükəmməliyə gedən yolu tapmaq şansımız artacaq. Bunun üçün vacib məqam olan 2020- ci il həm həkimlərin, həm də insanların üzərinə böyük məsuliyyət qoyur”.

Dünya praktikasında İTS-ya əhali tərəfindən ödənilən sığortanın vahid sosial fondun tərkibində olması məsələsi gəlincə isə o qeyd edib ki, hər bir ölkənin bu sistemə yanaşma tərzi var: “Zaman içərisində dövlətin aidiyyatı qurumları bu haqda müzakirə apara bilər. Amma bu gün yeni bir sistem olduğuna görə onu ayırmaq yəqin ki olmayacaq.  Bu sistemin tətbiqində əvvəllər sıxıntılar yaşamamaq üçündür.  Belə olduğu halda, İcbari Tibbi Sığorta daha sərbəst hərəkət edəcək”.

Günel Türksoy

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR