Slimfit
  1. AZƏRBAYCAN

“Bütün işsizlərə işsizlik müavinətinin verilməməsi Konistitusiyaya ziddir”

“Bütün işsizlərə işsizlik müavinətinin verilməməsi Konistitusiyaya ziddir”
Sakura

“İşsizlikdən sığorta haqqında” qanunu işsiz vətəndaşının konistitusiyon hüququnu pozur”

“İşsizlikdən sığorta haqqında” qanunu işsiz vətəndaşının konistitusiyon hüququnu pozur”.

Bunu bizimyol.info-ya açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O deyib ki, işsiz və işaxtaran statusu “Məşğulluq haqqında” qanuna əsasən müəyyən edilib: “Bu qanuna görə, işsiz o şəxsdir ki əvvəlki iş yerini itirib, əmək qabiliyyətlidi və işləməyə hazır olan şəxsdir. Yəni işsiz satatusu o şəxsə verilir ki ya işlədiyi müəssisə ləğv olunub, ya da ştatların ixtisarı nəticəsində əmək müqaviləsinə xitab verilib. “İşsizlikdən sığorta haqqında” qanuna əsasən yalnız bu halda işsizlik müavinətinin verilməsi nəzərdə tutulur. Bu isə Konistitusiyanın 35-ci və 38-ci maddələrinə ziddir. Çünki Konistitusiyaya görə hər kəsin işsizlik müavinəti almaq hüququ var”.

Hüquq müdafiəçisi bildirib ki, bununla belə işsizlik status alan şəxslərin hamısı işsizlik müavinəti verilmir: “Bəli, “İşsizlikdən sığorta haqqında” qanuna əsasən müəssisənin ləğvi və ya ştatların ixtisarı nəticəsində işini itirənlərin İşsizlikdən Sığorta Fondundan müavinət almaq hüququ var. Amma bu da o demək deyil ki onlara işsizlik müavinəti alacaqlar. İşini itirən şəxs müraciət etdikdən sonra Məşğulluq Mərkəzi o şəxsə 2 iş təklif edir. Həmin işlərdən imtina etsə, ona işsizlik müavinəti verilmir. İşi də adətən elə yerdə təklif edirlər ki şəxs imtina etmiş olsun. Beləliklə, kefləri kimə istəyir işsiz status verirlər, kimə də istəmirlər vermirlər. Ötən il İşsizlikdən Sığorta Fondunda 5 milyon manat olub. Bu il isə 35 milyon manat vəsait var. Sizin, mənim əmək haqqımdan 0,5 faiz tutulub həmin fondda köçürürlər. Eləcə də, işəgötrüənlər bu fondda vəsait köçürür. Fondda vəsait 5 milyon olanda müavinət alanların dairəsi böyük idi, 35 milyon olanda məhdudlaşdırıb yalnız ixtisara düşənlərə müavinət verilib”.

Sahib Məmmədov bildirib ki, bu işsizlərə işsizlik müavinəti verilməsi nəzərdə tutulmayıb: “Təsəvvür edin biri iş yerində əmək şərtləri dəyişdirildiyinə görə iş yerini itirib. Ona müavinət verilmir. Başqa şəxs attestasiyadan keçmədi iş yerini itirdi, ona da müavinət verilmir. Seksual qısnamaya məruz qalıb iş yerini itirirsə, ona da müavinət verilmir. Öz ərizəsi ilə işdən gedibsə, ona da verilmir. İlk dəfə iş axtaranlar, qeyri-formal əmək bazarında çalışanlar müavinət almağa iddia edə bilməz. Bu maddələri absurd qanunvericiliyə daxil ediblər və xoş niyyətlə bunu etməyiblər. İddiaçıların dairəsini azaltmaqda məqsəd yaxşı deyil. Konistitusiyaya görə işsizlərin dövlətdən müavinət almaq hüququ var”.

Hüquq müdafiəçisi bildirib ki, neçə illərdi uçotda 35-40 arası işsiz qeydə alınır: “Onlar da işaxtaranlardı. Beynəlxalq səviyyədə qəbul edilmiş xüsusi indikatorlar tətqib etməklə belə müəyyənləşdiriblər ki 250-260 min iş axtaranlar var. Bu da əmək qabiliyyətli insanların 5 faizi edir.

Bir məsələni də yeri gəlmişkən qeyd etmək lazımdır. Azərbaycanda 890 min pay torpağı sahəsi var. Pay torpağı olan bütün ailələr əmək qabiliyyətli olan şəxslər məşğul sayılır. Əmlak Məsələləri Dövlət Komitəsi pay torpağının məxsus olduğu ailənin əmək qabiliyyətli şəxslərin sayı müəyyənləşdirib müavafiq quruma göndərir. Halbuki həmin pay torpaqların sahibləri vaxtı ilə həmin torpaqları 10 şirvan deyilən 100 min manata satıblar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR