Slimfit
  1. SİYASƏT

"Bütün bu qruplar təlimatı eyni yerlərdən alırlar" - Ceyhun Məmmədov

"Bütün bu qruplar təlimatı eyni yerlərdən alırlar" - Ceyhun Məmmədov
Sakura

"Bütün bu qruplar təlimatı eyni yerlərdən alırlar" - Ceyhun Məmmədov

Məlum olduğu kimi, son günlər Azərbaycanın hüquq mühafizə orqanları İranla əlaqədə şübhəli bilinən dindar şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Ancaq son proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən həm daxildə, həm də xaricdə fəaliyyət göstərən destruktiv qruplar geniş təbliğata başlayıblar ki, Azərbaycanda guya dindarların kütləvi həbsi həyata keçirilir. Hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirirlər.

Bununla bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Onun sözlərinə görə, bu, həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar:

"Çox böyük ehtimal ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada əsas məqsəd Azərbaycana təzyiqi artırmaq olacaq.

Heç şübhəsiz ki, bu tədbirlər sırf təhlükəsizlik məqsədilə həyata keçirilir və dünyanın müxtəlif bölgələrində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirlər həyata keçirir".

Bununla yanaşı deputat düşünür ki, həmin şəxslərlə bağlı manipulyasiya cəhdlərinin qarşısının alınması üçün həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə cəmiyyətə ətraflı məlumatın verilməsinə ehtiyac var.

"Heç şübhəsiz ki, dövlət qurumları bunu mütləq edəcəklər. Hər kəs buna əmin olsun", - deyə Ceyhun Məmmədov vurğulayıb.a

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR