Dərc edildi: Baxış sayı: 266
“Buta Elektroniks” şirkətinə cərimə protokolu yazıldı
“Buta Elektroniks” MMC-nin barəsində cərimə protokolu yazılıb.
Ens.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Sevinc Quliyevanın icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 5-nə təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət