Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bunları yeyən siqareti tərgidir

Bunları yeyən siqareti tərgidir
Sakura

Bunları yeyən siqareti tərgidir

Siqaret çəkənlər tərgitmək üçün min bir cür yol ilə sınağa çəkilsə də, çətin olduğu hər kəs tərəfindən qəbul edilir. Mütəxəssislər siqareti tərgitmək üçün bir çox üsul sadalayır, ancaq tərgitməyin əsası əslində beyində yatır.

Medpress.az xarici mətbuata istinadla bildirir ki, mütəxəssislər həm siqareti tərgitmək üçün tövsiyələr verir, həm də siqareti tərgitməkdə təsirli olan qidaları sadalayır. Bəs siqareti tərgitmək üçün təsirli olan qidalar hansılardır?

Banan: Həm siqareti tərgitməyə, həm də siqaretin təsirlərini yox etməyə qadirdir.

Pomidor suyu: Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti atdığınız ilk bir ay ərzində bir çay stəkanı pomidor suyu içib özünüzü sakitləşdirə bilərsiniz.

Yulaf püresi: Aparılan bir araşdırmaya görə, 20 gün ərzində istifadə edilən 2 yemək qaşığı yulaf nikotin asılılığını azaldır.

Süd: Bir stəkan süd içib özünüzü siqaretdən soyutmaq sizin əlinizdədir. Çünki süd içdikdən sonra çəkilən siqaretin dadı pis olub, istənilən dadı vermir.

Badımcan: Canınız siqaret çəkmək istəyir və nikotinə ehtiyac duysanız badımcan sərf edərək tərkibindəki nikotin ilə özünüzü sakitləşdirə bilərsiniz.

“Siqareti tərgidən insanların bəlkə də ən çox çətinlik çəkdiyi tərəf, bədənlərinə aldıqları nikotindən çox əl adətidir. Fərdlər siqaretdən boşalan yeri tez-tələsik dolduraraq siqaret ilə aralarındakı fiziki vərdişi doldurmağa çalışırlar. Məhz çəki azaldan əsas amil bu tez-tələsik istifadədən irəli gəlir. Yemək ehtiyacını azaltmaq və yaranan boşluğu doldurmaq üçün konfet, şokolad, çips kimi yüksək kalorili tez-tələsik qida yerinə saqqız, xiyar, təzə və quru meyvə, aşağı kalorili məhsullara üstünlük verin. Xüsusən, kivi və yerkökü suyu istifadə edərək nikotini bədəninizdən ata bilərsiniz”.

Siqareti tərgitməyə qərar vermisinizsə heç bir maneə yoxdur. Kifayətdir ki, qərar verin və bir tarix təyin edin. Hədəf seçdiyiniz tarixdən 2 ya da 3 həftə əvvəl nikotini aşağı fərqli bir siqaretə keçin.

– Siqaret çəkərkən yarısını istifadə edib hədəf seçdiyiniz tarixi və səbəbinizi özünüzə xatırladın.

– Özünüzə yeni vərdişlər tutun, xobbiniz və sevdiyiniz şeyləri etməyə başlayın. Məsələn, maket, sırğa dizaynı, hörgü, şahmat və s. kimi.

– İdman, gəzinti, yoqa və ya şəxsi istəyinizə uyğun fəaliyyətlər kimi.

– Çay, qəhvə və spirtli içkilər əvəzinə, bitki çayı, süd və meyvə sularına üstünlük verin.

– Siqaret tərgitmə müddətinizdə məhdudiyyət hissi və daha çox sakitliyinizi təmin edəcək sarı kantaron çayına üstünlük verin.

– Çox güclü antioksidant tərkibli zəncəfil çayını istifadə edərək zəhərdən təmizlənməyi həm də siqaret çəkmə istəyinizi azalda bilərsiniz.

– Siqaret tərgitmə müddətində bol-bol su içmək həm siqaret çəkmək istəyinizi azaldacaq, həm də zəhər təmizlənməsini sürətləndirəcəkdir.

– Evinizi, maşınınızı və paltarlarınızı təmizləyərək siqaret tüstüsünü xatırladacaq mühiti təmizləyin və dizayn edin.

– Ağız və dişlərə qulluğa fikir verin.

– Hamam, sauna və bol duş almaq sizi rahatlaşdıracaq.

Arada siqaret çəkmək arzularınızın olacağını və bu vəziyyətdə bu prosesi necə keçəcəyinizi planlaşdırın və tətbiq edin. Siqaret tərgitmək prosesində əsas məsələ görüşdüyünüz hamıdan dəstək istəməyinizdir. Motivasiya olmağınıza köməkçi olacaq plan və proqramlar edin. Siqaretin zərərlərini təkrar-təkrar oxuyaraq özünüzə verdiyiniz zərərin fərqində olun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR