Dərc edildi: Baxış sayı: 530
Bunları soyuducuya qoyduqda, zəhərə çevrilir
Adətən hər kəs bütün qidaları soyuducuya qoyur ki, xarab olmasın. Amma bu böyük bir səhvdir, çünki bəzi yeməklər soyuducunun soyuğuna və şəraitinə dözə bilmir və ya əks təsir verə bilir. Soyuducuya qoyulanda bəzi qidaların xəstəliyə səbəb olduğunu bilirdinizmi? Bəs, bu qidalar hansılardır?
Medicina.az həmin ərzaqları təqdim edir:
Şirniyyat
Bal, cem və şokolad kimi şirin qidalar soyuducuda üzvi xüsusiyyətlərini və tərkibini dəyişir.
QƏHVƏ
Soyuducunun soyuğu və nəmliyi həm qəhvənin dadını, həm də görünüşünü təhrif edir.
KARTOF
Soyuducuda bir gündən çox qalan kartof köhnəlir, ancaq görünüşünün əvvəlki kimi qaldığından hiss etmək çətin olur. Bişmiş kartofu soyuducuda saxladıqda isə bağırsaq xəstəliklərinə səbəb ola bilər.
SARIMSAQ
Antibakterial təsiri olan sarımsaq 2 gün soyuducuda qaldıqdan sonra bakteriya əmələ gətirir.
POMİDOR
İllərdir hamının etdiyi səhv pomidorun korlanmaması üçün soyuducuya qoyulmasıdır. Əslində, pomidor soyuducuda yerləşdirildiyi zaman, soyuq havada onun üzvi quruluşu pozulur. Qırışmış pomidor bakteriya əmələ gətirməyə başlayır və istehlak olunan zaman həzm xəstəliklərinə səbəb olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət