Slimfit
  1. CƏMİYYƏT

Buna əməl etməsək, yoluxma ARTACAQ — Baş infeksionistdən XƏBƏRDARLIQ

Buna əməl etməsək, yoluxma ARTACAQ — Baş infeksionistdən XƏBƏRDARLIQ
Sakura

Buna əməl etməsək, yoluxma ARTACAQ — Baş infeksionistdən XƏBƏRDARLIQ

“Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”.

Ens.az xəbər verir ki, bu sözləri “Ölkə.Az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O, bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər.

“Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər zaman olduğu kimi vətəndaşlarımıza xoşagəlməz vəziyyətlərdən qaçmaq üçün sosial məsafəni qorumalarını və maska taxmalarını tövsiyyə edirəm. Bundan başqa çıxış yolu yoxdur ”.

Daha sonra C. İsayev havaların soyuması ilə əlaqədar artan infeksion xəstəliklərdən və onlardan qorunma yollarından da danışıb.

“Bildiyimiz kimi oktyabr və noyabr aylarında havalar soyuduqca, immun sistemi zəifləyir. Bu da infeksion xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Bu respirator infeksiyaların yayılması COVİD-19-un artmasına da səbəb ola bilər. Dövlətimiz bunu nəzərə alaraq, qrip infeksiyasının qarşısını almaq üçün 3 və ya 4 valentli  peyvənd tətbiq etməyi nəzərdə tutub”.

Əməkdaşımızla söhbəti zamanı baş infeksionist həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin qadağası məsələsinə də toxunub. O, bildirib ki, bu qadağa yoluxma dinamikasına müsbət təsir göstərib.

“Mən bu fikri alqışlayıram. Çox yerdə həftəsonları iş olmur, bu da insanların ictimai nəqliyyatdan istifadəsini minimuma endirir. Bu zaman insanların bir-biri ilə təması azalır və bu da yoluxmanın yayılmasının qarşısının alınmasına öz müsbət töhvələrini verir. Yenə deyirəm bu tədbir yardımçı bir tədbirdir. Əsas insanların qoyulan qaydalara əməl etməsidir. Təkrar sadalamağı özümə borc bilirəm. Maskadan istifadə etmək, ara məsafəni qorumaq və gigiyena qaydalarına əməl olunması vacibdir. Bu zaman həm özümüzü, həm də ətrafdakı insanları koronavirus və digər infeksialarından qoruya bilərik”, - deyə o, fikrini tamamlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR