Slimfit
  1. CƏMİYYƏT

Bulvarda ilan var? İdarə tapa bilmir...

Bulvarda ilan var? İdarə tapa bilmir...
Sakura

Bulvarda ilan var? İdarə tapa bilmir...

Hələ ki, bulvar ərazisində hər hansı ilana rast gəlinməyib.

Bunu mətbuatda vətəndaşın bulvarda ilan tapması barədə yayılan videoya münasibət bildirən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı Axar.az-a deyib. O bildirib ki, bulvar ərazisində mütəmadi olaraq, ilanlara və həşəratlara qarşı dərmanlama işləri aparılır:

“Dənizkənarı Bulvar İdarəsinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə bağladığı müqaviləyə əsasən, mütəmadi olaraq bulvar ərazisində ziyanverici həşəratlara, eləcə də ilanlara qarşı dərmanlama işləri həyata keçirilir. Axırıncı dəfə dərmanlama işləri iyun ayında aparılıb. Sakinlərdən və ərazidə çalışan əməkdaşlardan bulvarda ilan olması barədə hər hansı məlumat daxil olmayıb. Sözügedən videonu çəkən vətəndaşın o ilanı harada tapması barədə isə bizə dəqiq məlumat daxil olmayıb. Ola bilər ki, həmin ilanı özü ilə gətirsin. Məsələ nəzarətimizdədir”.

Qeyd edək ki, müğənni Emma Ələkbərzadə də İnstaqram hesabında bulvarda ilanların gəzdiyini əks etdirən video paylaşmışdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR