Slimfit
  1. İQTİSADİYYAT

Bulvara ayrılan pul nəyə xərclənəcək

Bulvara ayrılan pul nəyə xərclənəcək
Sakura

Dənizkənarı Milli Park paytaxt sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

"Kommersant.az" xəbər verir ki, 1909-cu ildə salınan Bulvar ərazisi 2012-ci ildə 1 km. məsafədə, I Avropa Oyunları ərəfəsində isə iki istiqamətdə genişləndirilib.

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Müvafiq Fərmanla Bulvar İdarəsinin nizamnamə fondu 69 milyon 59 min 580 manat müəyyənləşdirilib.

"Əldə edilən vəsait Bulvarın inkişafına, insanların rahat şəkildə istirahətinə sərf ediləcək".

Bunu "Kommersant.az"a video müsahibəsində Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib. Onun sözlərinə görə, vəsaiti verən qurum pulun hansı istiqamətlərə sərf olunmasına nəzarət edir:

"Nəzərdə tutulan işlərdən kənar addımlar, qanun pozuntusudur".

Şöbə müdiri son zamanlar, xüsusilə ərəb ölkələrindən Dənikənarı Milli Parka gələn turistlərin sayının artdığını bildirib. O, eyni zamanda park ərazisində fəaliyyət göstərən attraksionların qiymətindən də danışıb:

"Attraksionların qiyməti 1-5 manat arasında dəyişir. Sahibkar ona nisbətən baha başa gələn qurğuya çəkdiyi xərcə uyğun olaraq fərqli qiymət qoya bilir. Son 10 ildə attraksionlara tətbiq edilən qiymətlər özünü doğrultdu, yəni tələbat var".

Bulvar ərazisində satılan qida məhsullarının qiymətinə Bulvar İdarəsi tərəfindən nəzarət edildiyini bildirən Nazim Məcidov Milli Parkın ərazisində tez-tez müşahidə edilən intihar hadisələrinə və "wi-fi" probleminə də toxunub.

Daha ətraflı video müsahibədə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR