Slimfit
  1. CƏMİYYƏT

Bulvar ərazisində 'sadə çay' verilmir?

Bulvar ərazisində 'sadə çay' verilmir?
Sakura

Bulvar ərazisində 'sadə çay' verilmir?

Dənizkənarı Bulvar ərazisində fəaliyyət göstərən iaşə obyektlərində "Çay dəstgahı"nın israrla təklif olunması hər il olduğu kimi, bu il də bəzi müştərilərin narazılığına səbəb olub. "Sadə çay" (çay, qənd və limon) sifariş verən müştərilərə iaşə obyektləri tərəfindən məcburi olaraq mürəbbə, şokolad, ləpə və. s verilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bununla əlaqədar “Report”un əməkdaşları bulvar ərazisində olub, iaşə obyektlərindəki real vəziyyətlə və qiymətlərlə maraqlanıb.

Bəzi müştərilər "sadə çay" sifariş edərkən problem yaşamadıqlarını bildirsələr də, bir qismi isə çayın yanında əlavə şirniyyat götürmək məcburiyyətində olduqlarını qeyd ediblər.

İaşə obyektlərindən birinin administratoru "sadə çay"ın yanında şirniyyatı məcburi satmadıqlarını bildirib

Digər administrator isə vurğulayıb ki, saat 21:00-23:30 aralığında obyektlərin daha çox müştəri qəbul edən vaxtı olur: “Bəzən 10 nəfər gəlir və iki saat yarım burada otururlar, yaxud oturduqları bir saat müddətində 3 çaynik çay sifariş edirlər. Biz bu müştərilərə çayı 3 manatdan təklif etsək, qazancımız olmayacaq. Obyektin fəaliyyəti üçün kommunal pulu, işçilərin maaşını vermək lazımdır. Bulvar İdarəsinə tabe olan iaşə obyektlərində müştəriyə sifarişinə uyğun olaraq "sadə çay" mütləq verilməlidir. Hətta yaşlılara, veteranlara səhər 9-dan axşam 6-ya kimi çay pulsuzdur. Onlara nərd, şahmat da verilir. Amma mən yalandan deyə bilmərəm ki, "sadə çay" verirəm. Bizdə çayın qiyməti mürəbbə ilə birlikdə 10 manatdır”.

Bulvar ərazisində daha bir iaşə obyektinin sahibi isə sifariş olduğu təqdirdə "sadə çay" verdiklərini bildirsə də, müştərilər bunun yalan olduğunu söyləyiblər: “Sadə çay" istədik, dedilər mütləq yanında mürəbbə və ya başqa şirniyyat olmalıdır”.

Daha ətraflı videoreportajı təqdim edirik:

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR