Slimfit
  1. MARAQLI

“Bullitt” filmindəki avtomobil ABŞ-da 3,74 milyon dollara satılıb

“Bullitt” filmindəki avtomobil ABŞ-da 3,74 milyon dollara satılıb
Sakura

“Bullitt” filmindəki avtomobil ABŞ-da 3,74 milyon dollara satılıb

“Bullitt” filmində (1968) aktyor Stiv MakKuinin (1930-1980) cinayətkarları təqib etdiyi “Ford Mustang” (1968) avtomobili ABŞ-da “Mecum” hərrac evində 3,74 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat hərrac evinin saytında yer alıb.

CNN telekanalının məlumatın görə, indiyədək bu modeldən olan avtomobillər ən çoxu 2,2 milyon dollara satılıb. Ötən il bu məbləğ “Mecum” hərrac evində 1967-ci ilin “Shelby GT500” avtomobili üçün ödənilib. ABŞ hərraclarında ən baha satılmış idman avtomobili “Plymouth Hemi Cuda” (1971) hesab olunurdu. O, 2014-cü ildə Sietl şəhərində (Vaşinqton ştatı) 3,5 milyon dollara satılıb.

“Bullitt” filminin ən cəlbedici səhnələri Florida sahillərindən uzaqda, San-Fransiskoda (Kaliforniya ştatı) lentə alınıb. Rejissor Piter Yetsin bu filmi ən yaxşı montaj nominasiyasında “Oskar” mükafatına layiq görülüb və zaman keçdikdə Hollivudda kəskinsüjetli janrın klassikinə çevrilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR