Bu yollarda sürət həddi azaldıldı
Azərbaycanda I dərəcəli yolların kateqoriyaları üçün hesabi sürət hədləri müəyyənləşdirilib.
Axar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
İndiyə qədər I dərəcəli bütün yollarda hesabi sürət 150 km/saat, dərə-təpəli yer şəraitində 120 km/saat, dağlıq yer şəraitində 80 km/saat olub. Dəyişikliyə əsasən, bundan sonra yalnız Ia dərəcəli magistral yollarda hesabi sürət 150 km/saat, dərə-təpəli yer şəraitində 120 km/saat, dağlıq yer şəraitində 80 km/saat olacaq. Respublika əhəmiyyətli Ib dərəcəli sürətli avtomobil yollarında hesabi sürət 120 km/saat, dərə-təpəli yer şəraitində 100 km/saat, dağlıq yer şəraitində 60 km/saat olacaq. Yeni yol dərəcəsi kimi müəyyənləşdirilmiş Ic dərəcəli yollarda isə hesabi sürət 100 km/saat, dərə-təpəli yer şəraitində 100 km/saat, dağlıq yer şəraitində 60 km/saat olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət