Slimfit
  1. CƏMİYYƏT

Bu yerdə parklanma olar, ya yox? — Sürücü bir gündə iki dəfə cərimələnib

Bu yerdə parklanma olar, ya yox? — Sürücü bir gündə iki dəfə cərimələnib
Sakura

Bu yerdə parklanma olar, ya yox? — Sürücü bir gündə iki dəfə cərimələnib

Bakı şəhər sakini Tehran Gülalıyev avtomobilinin eyni gündə iki dəfə BNA əməkdaşları tərəfindən cərimələndiyini bildirib.

Ens.az O bununla bağlı Yeniavaz.com-a müraciət edərək qeyd edib ki, ərazidə dayanma-durmanı qadağan edən və ya avtomobilimizi hansısa qaydada park edəcəyimizi göstərən heç bir nişan yoxdur: “Mən artıq bir neçə ildir ki, Bakıxanov qəsəbəsi, Yavər Əliyev Küçəsində “Akkordun binaları” kimi tanınan yaşayış kompleksində qalıram. Hər gün də maşınımı bu ərazidə saxlayıram. İndiyə qədər heç bir xəbərdarlıq olunmayıb ki, burada avtomobil saxlamaq olmaz. Ötən gün isə artıq ikinci dəfədir avtomobilimi dayanma-durmaya görə cərimələyiblər”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, qeyd olunan ünvanda avtomobillərin dayanma-durma və parklanma qaydalarına zidd formada saxlanılması nəticədə ümumi hərəkətdə çətinliklərin olması ilə bağlı vətədaşlardan çoxsaylı müraciətlər daxil olub. Xüsusən ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar daha çox çətinliklə üzləşirlər: “Bu ərazidə avtomobillərin düzgün saxlanılmaması burdan keçən avtobusların hərəkəti üçün maneə yaradır. Bildirim ki, ordan 5-dən artıq müntəzəm marşrut üzrə gün ərzində 100-ə yaxın avtobus keçir. Kimlərinsə avtomobilini düzgün park etməməsi ilk növbədə bu avtobuslardan istifadə edənlər üçün əziyyətdir. Vətəndaşlarımızın rahatlığını təmin etmək məqsədi ilə mütəmadi olaraq bu və buna bənzər ünvanlarda xidməti fəaliyyət təşkil olunur. Bu avtomobilə də məhz digər hərəkət iştirakçılarına maneə yaratdığı üçün qanuna müvafiq tədbir görülüb. Sürücü bundan narazıdırsa müraciət edə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR