Slimfit
  1. MARAQLI

Bu yazıda iç üzünüzü görəcəksiniz...

Bu yazıda iç üzünüzü görəcəksiniz...
Sakura

Bu yazıda iç üzünüzü görəcəksiniz...

Bir insan kənardan özünü nə qədər də mükəmməl göstərməyə çalışsa da, bəzi anlar olur ki, içindəkini tam olaraq büruzə verir.

Tanıdığın və ya tanımadığınız insanı ən yaxşı bu hallarda tanıya bilərsiniz:

1. İçmişəm çaxır...

Bəzi insanların sərxoşluğu çəkilməz olur. Sevdiyiniz insandırsa, hardasa dözmək olar. Bir qurtum içən kimi insanın bütün kompleksləri dağılır, o vaxt da tanımağa başlaya bilərsiniz...

2. Mənə bir çay gətir!

İstədiyi qədər yaxşı, mülayim bir “mələk” olsun. Ofisiant, qapıçı və digər işçilərlə danışıq tərzindən hər şey məlum olur. Alçaldıcı tərzdə ofisianta: “Get filan şey gətir, filan şeyi niyə belə etdin?”, - deyirsə, ən yaxşısı uzaqlaşmaqdı...

3. Daxilən irqçi

Hər şey normaldır, bir sıra məsələlərdə eyni olduğunuzu düşünürsünüz. Birdən elə bir söz deyər ki, adam donub qalır. Etnik, cinsi, dini ayrı-seçkiliyini göstərən zarafat da etdisə, o insanı tanıdınız deməkdir.

4. Cığallıq

Uşaq vaxtı çox qarşılaşdığımız mənzərədir. Amma bəzi insanların cığalllığı böyüyənəcən keçmir. İş görəndə, birlikdə harasa gedəndə həmişə nəsə cığallıq edirlər.

5. Eyni evi paylaşmaq

Uşaqlıq dostunuz, tələbə yoldaşınız, sevgiliniz olsun – bir evi paylaşmaq çox çətin məsələdir. Evdə bacı-qardaşla yola getmək olmur, nəinki başqa biri ilə. Otaq yoldaşınızdan bezəndə, boşqabı düzgün yerləşdirməməyinə də əsəbiləşməyə başlayırsınız.

6. Ailəsinin yanında yoxlayın

Siz onu iş yerində, məktəbdə, əyləncə məkanlarında sevmiş ola bilərsiniz. Amma onu bir də ailəsinin, uşaqlıq dostlarının yanında görün. Bir-birilərinə müraciətləri, evində özünü aparması da insanı tanımaq üçün yaxşı üsuldur.

7. Onu mən yeyəcəkdim!

Süfrədə bəzən boşqabdakı son vaflini, pomidoru, çörəyi insan nəzakət xətrinə yemək istəmir. Bəziləri isə heç kimi düşünmür, nəzakətlilikdən də uzaq, başqasını düşünməyən bir tipdən sizə xeyir gəlməz.

8. Xəbərlərə baxın

Çalışın bir dəfə də olsa, onunla gündəmin ən qaynar xəbərlərini izləyəsiniz. O insanın hadisələrə yanaşması, münasibətini yaxşıca gözdən keçirin. Somalidə acından ölənlərə “çörək yoxdu, piroq yeyin” deyirsə...

9. Borc-xərc işləri

Çox ehtiyacınız olub, borc almaq istəmisiniz. Pul olmasın, olsun paltar və ya hər hansı əşya. Əgər sizə göz görə-görə “uşaqsayağı” bəhanələr uydurursa, ondan uzaq qaçın.

10. “Axmağın biri…"

Köhnə dostu, sevgilisi haqda seçdiyi sözlərə diqqət edin. Sizin də arxanızca deyilməsin...

11. Cinsi münasibət

Detallara varmağa ehtiyac yoxdur. Bir insanı tanımağın ən yaxşı yollarından biri də budur. O mərhələyə gəlincə deyilən sözlər, oyunlar, bəhanələrin doğru olub-olmadığı dərhal aydın olur...

12. Avtoş!

Dostunuz, tanışınız deyə mindiniz maşına, amma minməz olaydınız! Özünü sizə göstərmək üçün o maşındakına “Sənə “prava” verənin...Cəld tərpən də, yatmısan?” deyə söyür , ona sataşır, buna söz atır, yüksək sürətlə “cəsarət”in göstərir... Yaxın bir yerdə saxlatdırıb düşün.

13. Yas mərasimləri

Yaxın bir insanınızı itirmisinizsə, gözünüz qapıda olur. Dostlarınızın yanınızda olmasını, sizə dəstək üçün gəlməsini çox istəyərsiniz. Siz nələr gözləyirsiniz, onlardan bəziləri heç zəng də vurmur!

14. Sevgi üçbucağı

Hərdən iki dost eyni adama vurulur. Sevgi-məhəbbət işlərində “İstəyirsənsə, birinci sən al” kimi söhbətlər olmur. Sevgimi, dostluqmu...Bu vəziyyətdə sevilən şəxsin hər ikisindən də yaxa qurtarması yaxşı olar. Ağlı varsa əgər...

15. Ah vəzifə, vəzifə...

Bir insanı əlinə güc, pul, vəzifə keçəndə daha yaxşı tanımaq olar. Hətta bəzən heç vəzifəcə qalxmasını gözləmək lazım gəlmir, bir gün təriflənsə, davranışında mütləq bildirəcək.

16. Mübahisə edin

Gündəlik həyatda hər şey yaxşıdır. Yola gedirsiniz. Ancaq azca narazıçılıq, dava düşən kimi hansı sözləri, hərəkətləri edəcəyinə baxın. Sözü bitən kimi “Səni biabır edəcəm”, “Verdiyim pullar boğazından gəlsin” deyirsə, başqa dostlar tapmağa yönəlin.

17. Sosial mediada izləyin

Facebookda, Twitter-də kimi izləyir, kimlərlə dostdur? Kimləri, nələri “bəyənir”? Nə tipli “status”lar, “tvit”lər paylaşır? İnsanı tanımanın yəqin ki ən “müasir” yolu budur!

18. Futbol oynayaq?

Dostunuzun ayağından topu alıb getməyinizlə, onun arxadan sizə təpik vurub yıxmağı bir olur. Diqqətlə baxın, görün topu almaq, oyunu qazanmaq üçün daha nələri edəcək.

19. Yola çıxın

Yola çıxmaq haqda çoxlu atalar sözləri və məsəlləri yəqin ki xatırlayarsınız. Yola “yaxşı qızdır, şirindir” sözləri ilə çıxırıq, “qaraqabaq, “zəhər tuluğu” biri” ilə qayıdırıq. Hətta bəzən tətildə xırdaçı, səliqəsiz, pintinin biri olduğunu da öyrənəndən sonra…

20. Xahiş edirəm…

Adi bir şeyi xahiş edin. Yoxlayın görün nə qədər məsuliyyətlidir.

Mənbə: Kult.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR