Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu yağlar qaraciyərin yağlanmasına səbəb olur

Bu yağlar qaraciyərin yağlanmasına səbəb olur
Sakura

Bu yağlar qaraciyərin yağlanmasına səbəb olur

Evlərimizdə ən çox istifadə etdiyimiz yağlardan biri günəbaxan yağıdır.

Aparılan araşdırmalara görə, günəbaxan və balıq yağı ilə bağlı təhlükə ortaya çıxıb.

Metbuat.az “Milliyet.com”a istinadən xəbər verir ki, ispaniyalı elm adamlarının etdiyi araşdırmada günəbaxan və balıq yağlarının qaraciyər iltihabına təkan verdiyi ortaya çıxıb. Araşdırmaçılar bu yağların hər gün istifadəsinin qaraciyərdə zədəyə səbəb olduğunu və qaraciyər yağlanmasına təkan verdiyini kəşf edib.

Qaraciyər yağlanması səssiz qatil olaraq tanınır. Günəbaxan yağı istifadəsi qaraciyər quruluşunda qalınlaşma və yaraya səbəb olaraq serroza təkan verir və serroz xərçənglə nəticələnir. Balıq yağı isə qaraciyərin telomer uzunluğunu dəyişdirir. İki yağ da fərqli şəkildə qaraciyər yağlanmasına səbəb olur.

Qaraciyər yağlanmasının başlıca əlamətləri arasında çəki atma, yüngül qarın ağrısı, halsızlıq, zehin bulanıqlığı yer alır.

Araşdırmanın nəticəsində zeytun yağının qaraciyəri qoruduğu müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR