Slimfit
  1. İQTİSADİYYAT

Bu xidmətə görə lisenziya tələb ediləcək

Bu xidmətə görə lisenziya tələb ediləcək
Sakura

Bu xidmətə görə lisenziya tələb ediləcək

Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Operator fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “ödəniş sistemi”, ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında isə “ödəniş təşkilatı” və ya “elektron pul təşkilatı” sözlərinin istifadə edilməsi qadağandır.

Müstəsna olaraq hesab üzrə məlumat xidmətinin göstərilməsi üçün ödəniş təşkilatı bu Qanuna uyğun olaraq Mərkəzi Bankda qeydiyyata alınmaqla hesab üzrə məlumat xidmətini göstərə bilər. Həmin ödəniş təşkilatı digər ödəniş xidmətlərini göstərmək istədikdə bu Qanuna uyğun olaraq lisenziya almalıdır.Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, habelə poçt rabitəsinin milli operatoru ödəniş xidmətlərini “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun aldıqları lisenziya əsasında həyata keçirirlər. Həmin təşkilatlar bu Qanunun 3.1.5 – 3.1.7-ci maddələrində qeyd olunan ödəniş xidmətlərinə başlamazdan azı 1 (bir) ay əvvəl Mərkəzi Bankı bu barədə yazılı formada məlumatlandırmalıdırlar.

Bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir, yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə ötürülə bilməz.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR