Slimfit
  1. CƏMİYYƏT

Bu xəstəxanalar yenidən COVİD xəstəxanalarına çevrilə bilər - TƏBİB açıqladı

Bu xəstəxanalar yenidən COVİD xəstəxanalarına çevrilə bilər - TƏBİB açıqladı
Sakura

Bu xəstəxanalar yenidən COVİD xəstəxanalarına çevrilə bilər - TƏBİB açıqladı

Azərbaycanda koronavirus pandemiyasına qarşı görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarındakı xəstə sayının kifayət qədər azalması TƏBİB-in 7 xəstəxananın yenidən qeyri-COVİD xəstəxana kimi fəaliyyət göstərməsi barədə qərar verməsi ilə nəticələndi.

Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVİD xəstəxanalar kimi xidmət göstərirlər. Lakin Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa yönəlik etdiyi "Dünya epidemiyanın ikinci dalğasına daha yaxşı hazır olmalıdır" çağırışı vəziyyətin yenidən kritik həddə çatması ehtimalının yüksək olduğunu göstərir. 

Bu həyəcan təbili dünya ölkələrini səhiyyə sistemini hər an gözlənilən ikinci dalğa üçün hazır vəziyyətə gətirmək məqsədi ilə edildiyi heç kimdə şübhə doğurmur.

Ens.az Milli.Az-a istinadən xəbər verir ki,Azərbaycan ikinci dalğa ilə üz-üzə qalacağı təqdirdə yenidən qeyri-COVID xəstəxana kimi fəaliyyət göstərən 7 xəstəxananın və digərlərinin koronavirus xəstələri üçün bağlanıb-bağlanmayacağını öyrənmək üçün "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxlayıb. Sözçü Azərbaycan səhiyyə sisteminin istənilən gedişata hazır olduğunu bildirib:

"Həmin xəstəxanaların yenidən COVİD xəstəxanası kimi fəaliyyətinə hələ ki, ehtiyac yoxdur. Necə ki, həmin anda qərar verilmişdi, həmin xəstəxanalar qeyri-COVİD-dən COVİD xəstəxanasına çevrilmişdi, ikinci dalğa olacağı təqdirdə vəziyyətə uyğun olaraq lazım olarsa, bəli, anında qərarlar veriləcək. Hazırda 10 modul tipli xəstəxana var. 

İkinci dalğa dedikləri mücərrəd anlayışdır. O zaman nə qədər xəstə ola bilər, bu saylar bəlli deyil. Hər şey bir-birinə mütənasibdir. Demək olmaz ikinci dalğa nə qədər xəstə sayıyla məhdudlaşacaq. Hər an hər şeyə hazırıq. İstənilən anda əgər nəyəsə ehtiyac olacaqsa vəziyyətə uyğun olaraq qiymətləndiriləcək, qərarlar da həmin anda veriləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR