Dərc edildi: Baxış sayı: 779
Bu xəstəliyin mənbəyi hamımızın evində var – Botulizimin əlamətləri
Botulizm - nadir rastlanan təhlükəli xəstəliklərdəndir.
Son illər botulizmlə yoluxma ancaq ev şəraitində konservləşdirilən qidalarla olur. Xəstələrə qış və yay aylarında qrup şəklində təsadüf olunur, çox vaxt eyni ailə üzvlərində müşahidə edilir. Həkimlərin sözlərinə görə, hər yaş qrupuna aid şəxslər xəstələnə bilir, təkrari xəstələnmə mümkündür.
Medicina.az təhlükəli xəstəliklə bağlı məlumatları təqdim edir.
Botulizmə məxsus əlamətlər ancaq toksin orqanizmə düşdükdə inkişaf edir, yəni insan konservləşdirilmiş ekzotoksinli ərzaq məhsullarını yedikdə xəstələnir. Nadir hallarda toksin mədə-bağırsaq sistemində vegetativ basillər tərəfindən hazırlanır. Toksin orqanizmə daxil olandan sonra onurğa beynin hərəkəti sinir mərkəzlərinin hüceyrələrinə təsir göstərir.
Botulizmin klinik əlamətləri müxtəlif olsa da, 3 sindromla cəmləşir:
1. Paralitik
2. Dispeptik
3. Ümumi intoksikasiya
2. Dispeptik
3. Ümumi intoksikasiya
Botulotoksin bütün orqanizmə təsir göstərir. Ağırlıq dərəcəsinə görə yüngül, orta-ağır və ağır formaları ayırd edilir. İlkin əlamətləri mədə-bağırsaq pozğunluqları, qusma, ishal, qarında ağrılardır. Xəstədə görmə qabiliyyəti pozulur, gözlərinin qabağında tor gördüklərini deyirlər. Diaqnoz klinik mənzərəyə və laborator göstəricilərə əsasən qoyulur.
Müalicəsi:
İlk növbədə orqanizmdəki botulotoksini neytrallaşdırmaq lazımdır. Xəstəyə toksin əleyhinə antitoksin zərdabı vurulur. Toksini orqanizmdən kənarlaşdırmaq üçün vacib şərt
mədə-bağırsağın təmizlənməsidir. Xəstələrə antibiotik təyin edilir. Xəstəlik zəhərin bədənə yayılmasından sonra başlayır. Ən gec 36 saat sonra özünü büruzə verir. İlk şikayət göz qapaqlarında meydana çıxır. İki görmə, göz qapaqlarının enməsi şikayətləri qeydə alınır. Xəstəlik daha sonra aşağı doğru yayılır, bütün orqanizmi iflic edə bilir.
Botulizmin əlamətləri
• Baş gicəllənməsi
• Udqunmada çətinlik
• Ağızda quruluq
• Boğazda ağrı
• Danışmaqda çətinlik çəkmə (sərxoş kimi danışmaq)
• Nəfəs almaqda çətinlik
• Başı və boyunu saxlaya bilməmək
• Udqunmada çətinlik
• Ağızda quruluq
• Boğazda ağrı
• Danışmaqda çətinlik çəkmə (sərxoş kimi danışmaq)
• Nəfəs almaqda çətinlik
• Başı və boyunu saxlaya bilməmək
Uşaqlarda müşahidə edilən simpotomlar
• Göz qapaqlarında düşmə
• Halsızlıq
• Başını düzgün saxlaya bilməmək
• Yatmağa meyillik
• Qidalanmadan imtina etmək
• Zəif səslə ağlamaq
• Əzələ boşluğu
• Qəbizlik, qarında köp
İstisna hallarda isə bəzi xəstələrdə ishal, qusma kimi müşahidə edilir. Hər hansı yaradan qaynaqlanan botulizm isə 14 gün ərzində ortaya çıxır.
• Halsızlıq
• Başını düzgün saxlaya bilməmək
• Yatmağa meyillik
• Qidalanmadan imtina etmək
• Zəif səslə ağlamaq
• Əzələ boşluğu
• Qəbizlik, qarında köp
İstisna hallarda isə bəzi xəstələrdə ishal, qusma kimi müşahidə edilir. Hər hansı yaradan qaynaqlanan botulizm isə 14 gün ərzində ortaya çıxır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət