Slimfit
  1. CƏMİYYƏT

Bu xəstəliyi olanlara sürücülük vəsiqəsi verilməyəcək

Bu xəstəliyi olanlara sürücülük vəsiqəsi verilməyəcək
Sakura

Bu xəstəliyi olanlara sürücülük vəsiqəsi verilməyəcək

Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı təsdiq ediləcək.

Fins.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu, məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb. Proqramda qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı hazırlanmalıdır. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi üçün digər məsul qurumlar Daxili İşlər, Nəqliyyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, eləcə də Bakı Nəqliyyat Agentliyidir. Qeyd edək ki, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında" Təlimatın təsdiq edilməsi barədə qərarda bununla bağlı müvafiq bənd var. Həmin bənddə qeyd edilir ki, siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər imtahanlara buraxılmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR