Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bu xəstəliklərə görə məktəblərə nəzarət artıb

Bu xəstəliklərə görə məktəblərə nəzarət artıb
Sakura

Paytaxt məktəblərində şagirdlərin davamiyyəti normaldır

Paytaxt məktəblərində şagirdlərin davamiyyəti normaldır.

Bu sözləri Axar.az-a son vaxtlar geniş yayılan qızılca və mövsümi qriplərin məktəblilərin davamiyyətinə təsiri ilə bağlı danışan Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov deyib. O bildirib ki, paytaxt məktəblərində qış aylarında hava dəyişikliyi səbəbindən mövsümi və virus mənşəli xəstəliklərə qarşı tibbi nəzarət gücləndirilir:

“Məktəblərdə şagirdlər dərs prosesindən əvvəl həkim nəzarətindən keçirilir, mövsümi xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlər görülür”.

Qeyd edək ki, son vaxtlar ölkədə qızılca və mövsümi qripə yoluxanların sayında artım müşahidə edilib. Bu xəstəliklər isə daha çox uşaqlar arasında geniş yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR