Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu xəstəlikdən əziyyət çəkənlərin virusa yoluxma riski 2-3 dəfə artacaq - Xəbərdarlıq

Bu xəstəlikdən əziyyət çəkənlərin virusa yoluxma riski 2-3 dəfə artacaq - Xəbərdarlıq
Sakura

Bu xəstəlikdən əziyyət çəkənlərin virusa yoluxma riski 2-3 dəfə artacaq - Xəbərdarlıq

Ölkəmizdə koronavirusdan dünyasını dəyişənlərin statistikası açıqlanıb. Vəfat edən 8 xəstənin 6-sı şəkərli diabet xəstəsi olub. Həkimlər tətbiq olunan izolyasiya tədbirləri və karantin rejiminə əməl edilmədiyi təqdirdə, şəkərli diabet xəstələri arasında yoluxma riskinin daha da artacağını proqnozlaşdırır.

Yenicag.az-a açıqlama verən həkim Vasif İsmayıl bu xəstəlikdən əziyyət çəkən xəstələri xəbərdar edib.

O, çıxış yolunu karantin rejiminə və digər qaydalara əməl etməkdə görüb:

“Əvvəlcədən də elan olunmuşdu ki, böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, o cümlədən də şəkərli diabetdən əziyyət çəkən xəstələr xüsusi risk qrupuna daxildir. Bunun da səbəbləri var. Şəkərli diabet birbaşa insanın immun sistemi üzərində neqativ təsirə malikdir. Digər sağlam insanlarla müqayisədə belə xəstələrin immun sistemi çox zəif olur və virusa asanlıqla yoluxa bilirlər. Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur. Sadalanan xəstəlikləri olanlar, eləcə də şəkər xəstələri vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, ilk növbədə özlərini izolyasiya etməlidirlər. Əgər belə xəstələr özlərini qorumasalar, onların yoluxma riski iki-üç dəfə artacaq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR