Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu vərdişlər böyrəklərə zərər verir

Bu vərdişlər böyrəklərə zərər verir
Sakura

Bu vərdişlər böyrəklərə zərər verir

Paxlaya bənzər cüt orqanlarımız olan böyrəklər qanı filtrasiya edir,orqanizmi metobolizmin son məhsullarından təmizləyir,su-duz mübadiləsini,turşu-qələvi müvazinətini,qan təzyiqini,qanın həcmini tənzimləyir və s.
Bu qədər vacib orqanlarımız olan böyrəklərimizə bəzi vərdişlər zərər verir;

Həddindən artıq zülallı qida qəbul etmək
Çox miqdarda zülal qəbul etmək zülalların metobolizminin son məhsulu olan amonyakın bədəndə çox miqdarda toplanmasına səbəb olur.Bunu neytrallaşdırmaq üçün böyrəklərə həddindən artıq yük düşür və böyrəklər yavaş-yavaş gücsüzləşir.

Duz
Həddindan artıq duz istifadə edildikdə elektrolitləri və qan təzyiqini nizamda saxlamaq üçün böyrəklər həddindən artıq işləməyə məcbur olur.Duz bu şəkildə böyrək çatışmazlığına zəmin yaradır

Dehidratasiya
Susuzlaşma-bunun qarşısını almaq üçün orta hesabla günlük 10 stəkan su içmək lazımdır.Daha düzgün miqdar sidiyin rənginə əsasən şəxsin özü tərəfindən təyin edilir

Siqaret

Qan damarlarının daralması və sərtləşməsi ilə əlaqəli olaraq böyrəklər də daxil olmaqla bütün orqanların qan təhcizatı zəifləyir

Dərmanlar
Xüsusilə ağrıkəsici xüsusiyyətli dərmanların yersiz və çox istifadəsi

 

Mənbə: Day.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR