Slimfit
  1. UŞAQLAR ÜÇÜN

Bu uşaqların artıq çəkili olma ehtimalı daha yüksəkdir

Bu uşaqların artıq çəkili olma ehtimalı daha yüksəkdir
Sakura

Bu uşaqların artıq çəkili olma ehtimalı daha yüksəkdir

Minho Universitetinin (Portuqaliya) alimləri müəyyən ediblər ki, yemək yeyərkən telefondan istifadə edən və ya televizora baxan uşaqlarda artıq çəkili olma ehtimalı əhəmiyyətli dərəcədə artır.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu İtaliyada keçirilən Avropa Obezite Konqresində (ECO) təqdim olunan araşdırma göstərib.

Komanda altı yaşdan on yaşa qədər olan 735 uşağın yemək vərdişlərini təhlil edib. Onlar hər bir uşaqdan son 24 saat ərzində istehlak etdikləri qidaların növünü və miqdarını soruşublar. Eyni zamanda valideynlərdən övladlarının səhər yeməyi, nahar və şam yeməyi zamanı telefon və ya televizor ekranlarına baxıb-baxmadığını söyləmələrini istəyiblər.

Tədqiqatçılar müəyyən ediblər ki, yemək zamanı mobil cihazlardan istifadə etməyə və televizora baxmağa icazə verilən uşaqların artıq çəki alma ehtimalı cihazsız yemək öyrədilən uşaqlara nisbətən 15% çoxdur.

Alimlər deyirlər ki, yemək yeyərkən daim ekrana baxmaq uşaqlara tox olduqlarını dərk etmələrinə mane olur. Uzun müddətdə bu vərdiş tez-tez həddindən artıq yeməyə və bədən yağının artmasına səbəb olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR