Slimfit
  1. CƏMİYYƏT

Bu uşaqlara 18 yaşadək müavinət veriləcək

Bu uşaqlara 18 yaşadək müavinət veriləcək
Sakura

Bu uşaqlara 18 yaşadək müavinət veriləcək

Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənəd müzakirə olunub.

 Sənəd uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədi ilə hazırlanıb. Layihədə yeni sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun verilmə şərtləri, qaydası və bir sıra digər məsələlər tənzimlənir. Sənəddə qeyd olunur ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcək. Müavinətin ödənilməsi uşağın 18 yaşınadək davam edəcək. Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq. 

Deputatlar Məlahət İbrahimqızı, Vüqar Bayramov qanun layihələri barədə öz fikirlərini açıqladılar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fərhad Ələkbərov, DOST Agentliyinin departament müdiri Cavid Şahmalıyev ölkəmizdə uşaqların övladlığa götürülməsi sahəsində vəziyyət və statistikanı diqqətə çatdırdılar.

Komitə üzvləri sənədi Milli Məclisin plenar iclasında müzakirə olunmaq üçün tövsiyyə etdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR