Slimfit
  1. CƏMİYYƏT

Bu uşaq evində nöqsanlar aşkarlandı

Bu uşaq evində nöqsanlar aşkarlandı
Sakura

Bu uşaq evində nöqsanlar aşkarlandı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr həyata keçirilib.

Ens.Az-ın məlumatına əsasən,Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.

3 saylı Uşaq Evində yeməkxanaya baxış zamanı bəzi ərzaq məhsullarının saxlanma qaydalarına, yataqxana korpusunun bəzi otaqlarında isə təmizliyə riayət edilmədiyi də aşkar olunub.

MPQ üzvləri hər iki müssisənin sakinlərini qəbul edib, rəftar məsələləri və saxlanma şəraiti araşdırılıb. Söhbət aparılan bəzi uşaqlar həmin müəssisələrdə istilik sisteminin işləməsinə baxmayaraq, onlara soyuq olduğunu bildirib.

Uşaqlara Ombudsman təsisatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb, hüquqları izah edilib.

Yekunda müəssisələrdə mövcud şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı uşaq evlərinin rəhbərlərinə tövsiyələr verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR